Allahverdi Qulu oğlu Allahverdiyev

Allahverdi Qulu oğlu Allahverdiyev 10 iyun 1972-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Balammədli” nəslindəndir.

1979-1989-cu illərdə Faxralı orta məktəbini bitirib.

1990-cı ildə Gəncə şəhərində yerləşən 77 nömrəli Texniki Peşə Məktəbinin toxuculuq bölməsinə daxil olub və eyni vaxtda Gəncə Xalça Kombinatında toxucu kimi işə başlayıb.

1991-ci ildə Gəncənin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya ixtisasına (qiyabi) daxil olub.

15.04.1992-ci il tarixində hərbi xidmətə çağrılıb və həmin il sentyabrın 24-də Ağdam rayonu ərazisində yerləşən Fərrux dağı uğrunda gedən döyüşlərdə yaralanıb.

O, müalicədən sonra xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsində davam etdirib.

1993-cü ildə Daxili Qoşunlar Komandanının əmri ilə ona “gizir” rütbəsi verilib və 1996-cı ilədək Daxili Qoşunlar Baş İdarənin Nəzarət Buraxılış Məntəqəsinin növbətçisi kimi xidmət edib.

II qrup Qarabağ müharibəsi əlilidi.

Evlidir.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur