Almaz Bayram oğlu Nəbiyev

Almaz Bayram oğlu Nəbiyev 1959-cu ildə  Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Yahalar” nəslindəndir. 1-ci Qarabağ müharibəsində “itkin” düşüb.

Politexnik institutunu bitirib 1980. “VAİV” (indiki “İqlim” İstehsalat birliyi) zavodunda mühəndis kimi əmək fəaliyyəinə başlayan gənc mütəxəssis az sonra sex rəisi təyin olunub…

1993-cü il idi. Azərbaycan ordusunun hissələri Qarabağın dağlıq hissəsində fəallaşan düşmənin hücumlarını dəf edir, əlverişli vəziyyətlərdən bəhrələnib əks-hücumlara keçir, düşməni strateji əhəmiyyətli mövqelərdən sıxışdırırdı. Həmin vaxtlarda Almaz Nəbiyev “İqlim” İstehsalat Birliyində sex rəisi işləyirdi. Tutduğu vəzifəyə görə ona “bron” verilə bilərdi. Əmisi oğlu Yusifın əsir düşməsini, onun əsirlikdən azad edilməsi üçün nəsillərinin çəkdiyi əzab-əziyyətləri, sarsıntıları unutmamışdı; qəlbində düşmənə nifrət vardı, xalqımızın taleyinə sayğılar vardı. Elə bu səbəbdən də hərbi xidmətə çağırılanda zavod direktorunun yanına deyil, hərbi komissarlığa getdi…

O vaxtlar Füzuli bölgəsində də vəziyyət gərgin idi. Ermənilər bu istiqamətdə həmlələri artırmışdılar.

Hərbi əməliyyatların gedişində mühüm əhəmiyyətə malik olan Məngələnata yüksəkliyi uğrunda ağır döyüşlər gedirdi. Strateji əhəmiyyətə malik olan bu yüksəklik nəyin bahasına olursa-olsun, əldə saxlanılmalıydı. Əks-təqdirdə, Füzulinin taleyinə işğal daşları dəyə bilərdi. Belə bir vaxtda zəruri, ilkin hərbi təlim keçmiş Almaz Nəbiyev də Füzuli bölgəsinə göndərildi.

 Düşmən qəül hücuma keçmişdi. Ərəfədə kəşfiyyatın gətirdiyi məlumatlar özünü doğrultmamışdı; hücumda düşmənin gözlənildiyindən xeyli çox döyüş texnikası iştirak edirdi. Piyadalan da çoxuydu. Müdafiə döyüşləri gedirdi. Komandir düşmənin qüvvəsini parçalamaq məqsədi ilə Almaz Nəbiyevə və digər dörd döyüşçüyə müdafiə xəttindən çıxıb sağdakı təpəliyin ətəyindən çaş. dırıcı həmlə eləməyi tapşırdı. Onlar deyilən mövqeyə vaxtında çal tıb həmləyə keçdilər. Gözləmədiyi istiqamətdən atəşə məruz qalan düşmən çaşdı; müqavimət göstərsə də hücum xətti bölündü. Döyüşçülərimiz yaranmış şəraitdən istifadə edib əks-hücuma keçdilər. Düşmən təmas xəttindən xeyli uzaqlaşdırıldı…

Bu ağır döyüşdə fərqlənənlər arasında Almaz Nəbiyevin da adı çəkildi. Komandir onun qısamüddətli məizuniyyətə buraxılması haqqında əmr verdi…

Ağdərə ətrafında ağır, ardıcıl məğlubiyyətə uğrayan düşmən taktiki manevrlər edərək Tərtər ətrafında intensiv hərbi əməliyyatlar aparırdı. Düşmənin hücumlarının qarşısı çətinliklə alınırdı. Tərtər hələ ki, dözürdü, mərdliklə dözürdü. Bölgəyə əlavə canlı qüvvə cəlb edilməliydi. Şəraiti qiymətləndirən komandanlıq yaxın ərazilərə müraciət elədi; Füzuli bölgəsindən bura gətirilən döyüşçülər arasında Almaz Nəbiyev də var idi…

Malikli kəndi uğrunda döyüş gedirdi. Düşmən artilleriya hazırlığından sonra hücuma keçmişdi. İri çaplı pulemyotlardan, qumbaraatanlardan istifadə edən düşmən qətiyyətlə təmas xəttini keçməyə çalışırdı. Kəndin sağ cinahını müdafiə eləmək Almaz Nəbiyevin də daxil olduğu qrupa tapşırılmışdı. Qrup Almazın k0mandirliyi ilə bu istiqamətdən yaxınlaşan düşmənin qarşısını saxlamalıydı. Az qüvvə ilə belə bir əmri yerinə yetirmək çətin olsa da əmr yerinə yetirilməli idi…

Almaz Nəbiyev döyüşçülərə mövqedən çıxıb düşməni əhatələmək əmri verdi. Əmrin icrasına başladıqları anlarda döyüşçüləf’ dən biri qəflətən yerə sərildi. Bu, Almazın diqqətindən yayınmadı. Ləngimək döyüşçünün ölümü ilə nəticələnə bilərdi…

Döyüşçülərdən biri döş nahiyəsindən güllə yarası almışdı. 0nu qan aparırdı. Almaz yaralını qolları üstə götürdü – belə məqağllarda yaralı döyüşün içindən çıxardılmalıdı. O, üstünə ələnən güllələrə məhəl qoymadan evlərə sarı irəlilədi.

Ağır itkilər bahasına da olsa düşmənin hücumunun qarşısı alındı.

Almaz Nəbiyevi nə ölənlərin, nə də yaralananların arasında tapa bildilər…

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur