Rövşən Məhərrəm oğlu Namazov

Rövşən Məhərrəm oğlu Namazov 11.01.1972-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin Mollaöyü nəslindəndir. 1978-ci ildə Faxralı kənd orta məktəbində məktəbəqədər hazırlıq sinifində hazırlıq dərslərinə başlayaraq 1979-cu ildən həmin məktəbin ibtidai sinif təhsilinə başlayıb. 8-cı sinifədək Faxralı kənd orta məktəbində təhsilini davam etdirən Rövşən Namazov 1987-ci ildən Tbilisidə təhsilini davam etdirərək 1989-cu ildə tam orta təhsilini bitirib.

1989-cu ildən ali məktəblərə qəbul imtahanında iştirak edərək İdman və Bədən tərbiyəsi İnstitutunun tələbəsi olmaq adını qazanıb. 1993-cü ildə ali təhsilini bitirdikdən sonra iyul ayında hərbi xidmətə gedib. İlk hərbi təlimlərdən sonra 1993-cü ilin noyabr ayının əvvəlindən Qarabağ istiqamətində döyüşlərə qatılıb. İlk döyüş yolları Fizuli rayonu ərazisindəki kəndlərdən başlayıb, Horadizə kimi döyüşlərdə iştirak edib.

Döyüş müddətində Rövşən Namazov döyüş yoldaşları ilə Araz çayı ətrafında mühasirəyə düşdükləri zaman bəzi döyüş yoldaşlarını itirmək bahasına bəzi yoldaşları ilə mühasirədən çıxmağa nail olublar. 1994-cü ilin yanvar ayından hərbi xidmətini Xaldan, Hacıqabul, Yalamadakı hərbi hissələrdə davam etdirib, 1996-cı ilin yanvar ayından hərbi xidmətdən tərxis olunub.

Ailəlidir, 3 övlad atasıdır.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur