Bəhman Ramiz oğlu Babaşov

Bəhman Ramiz oğlu Babaşov 02.07.2002-ci il tarixində Azərbaycan Respubilikasının Gəncə şəhərində anadan olub.  O, əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Babaşlı” nəslindəndir.

Gəncə şəhər 17 saylı tam orta məktəbini bitirib və həmin ildən etibarən Gəncə Dövlət Kollecində təhsilini davam etdirib.

Bəhman 03.07.2020-ci ildə hərbi xidmətə gedib.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsi (Vətən Müharibəsi) iştirakçılarından biri də Bəhman Babaşov olmuşdur. O Artilleriya divizyonunda olduğu üçün Füzuli, Qubadlı, Zəngilan və Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərdə  ön xətdə iştrak edib. Nəticədə həmin ərazilər işğaldan azad olunmuşdur.  O, hal-hazirda Şusa şəhərində xidmətini davam etdirir.

Qeyd edək ki, Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.

Faxralının fəxri olan Bəhmana hərbi xidmətdə uğurlar arzu edirik!

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur