Cavid Hüseyn oğlu Aşırov

Cavid Hüseyn oğlu Aşırov 07.12.1999-cu il tarixində Bakı şəhərində anadan olmuşdur.

O, əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Aşırlı” nəslindəndir.

Ali təhsilini Bakı Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə bitirmişdir. Cavid universiteti bitirdikdən sonra müddətli hərbi xidmətə yollanmışdır.

Cavid hərbi xidmətdə olduğu zaman, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinin (Vətən Müharibəsi) iştirakçısı olmuşdur. O, Füzuli və Cəbrayılın azad olunması uğrunda döyüşlərdə fəal iştirak etmişdir.

20 oktyabr 2020-ci il tarixində Qubadlı uğrunda döyüşlərə hazırlaşarkən düşmənin havadan hücumu nəticəsində yaralanmışdır.

Faxralı kəndinin fəxri olan Cavidə Allahdan şəfa diləyirik!

Qeyd edək ki, Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.

Cavid haqqında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair – publisist Həzi Həsənlinin qələmə aldığı məqaləni buradan oxuya bilərsiniz.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur