Fariz Ayaz oğlu İmanov

Fariz Ayaz oğlu İmanov 26.08.2000-ci ildə Bakı şəhərində anadan olmuşdir.

2006-cı ildə 96 nömrəli orta məktəbdə ilk təhsilinə başlayan Fariz, 2017-ci ildə orta məktəbi bitirmişdir.

O, əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinnin “İmanöyü” nəslindəndir.

Uşaq yaşlarından idmanla məşğul olub.

2017-ci ildə Türkiyənin İstanbul şəhərində Aydın Universitetinə qəbul olan Fariz, 2-ci kursu bitirdikdən sonra təhsilini donduraraq hərbi xidmətə yollanmışdır.

Fariz hərbi xidmətdə olduğu zaman, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsinin (Vətən Müharibəsi) iştirakçısı olmuşdur. Qumbaraatan vəzifəsini icra edən Fariz, Füzuli, Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə ön xətdə iştirak etmişdir.

O, Qubadlı istiqamətində ağır döyüşlər zamanı yaralanmışdır. Qəlpə yaraları alan Fariz ayaqlarından əməliyyat olunmuşdur.

Fariz səbirsizliklə sağalıb hərbi xidmətini davam etdirməyi düşünür. Faxralı kəndinin fəxri olan Farizə Allahdan şəfa arzu edirik!

Qeyd edək ki, Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.

 

Fariz İmanov barədə yazırlar…

Faxralı adını ucaldan QAZİ

Tarix zaman-zaman təkrarlanır. Erməni millətçilərinin başımıza açdığı bəlaları babalarımızın yaddaşından eşitmişik. Illərdir cavabını tapa bilmədiyimiz bir sual: – Necə unuda bilmişik, nəcə silmişik yaddaşımızdan bu qəddarları, vəhşilikləri?! Axı, bu olanlar əwəllər də başımıza gəlmişdi. Tarixin təkrar dərsini bir daha aldıq. Minlərlə şəhid verdik, minlərlə insanın adları əsir, itkin, girov götürülənlərin siyahısına düşdü.

Tarixin dərinliklərindən erməni millətçilərinin doğma yurdumuza Azərbaycana olan ərazi iddiaları daim onların xalqımıza qarşı vəhşicəsinə törətdiyi soyqırımlarla və faciələrlə müşayiət olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi cinayətlər həmişə öz xüsusi amansızlığı ilə seçilmişdir.

1988-ci ilin fevral ayından 1993-cü ilə qədər Ermənistanın Azərbaycan Respublikası ərazisinə qarşı təcavüzünə, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalına başlanmışdır.

2020-ci il sentyabr ayının 27-də səhər saat 6:00 radələrində növbəti dəfə erməni siyasi hərbi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə, özlərinin işğalçı mövqelərindən əl çəkməyərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minatənlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmuşdur. Bu, artıq 30 ilə yaxın müddət ərzində səbrlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbr kasasını daşdırmış və Milli Ordumuzun əks-hücum əməliyyatı nəticəsində Azərbaycanın uzun illər işğalda qalan torpaqları azad edilmişdir.

Bu Böyük Vətən müharibəsində əslən Gürcüstan Respublikasından olan gənc soydaşlarımız vuruşurdular. Onların sırasında doğma Borçalımızın Faxralı kəndindən olan gənclərimiz də var idi.

Bu məqaləmdə onlardan biri haqqında oxucuları tanış etmək istəyirəm. Ata-anası Faxralı kəndində doğulub boya-başa çatmış olan, özü isə Bakı şəhərində ziyalı ailəsində 2000-ci il sentyabrın 26-da dünyaya göz açmış İmanov Fariz Ayaz oğlu barəsində olacaq.

Bakının Bakıxanov qəsəbəsində dünyaya gəlmiş Fariz qəsəbədəki 96 nömrəli məktəbi bitirmişdir. Orta məktəbdə fəal şagird olan, ona verilən tapşırıqları yerinə yetirən şagird olmuşdur. Müəllimləri onu milli ruhda bir şagird kimi yetirmişdilər. Farizin məktəbdə fəallığı müəllimlərin diqqətindən yayınmamışdır. Böyük Vətən müharibəsində müəllimlərinin Farizə verdiyi təlim-tərbiyə onun karına gəlmişdir.

Mustafa Kamal Atatürk demişdir: “Bir toplumun millət ola bilməsi üçün mütləq yaxşı müəllimlərə möhtacdır”.
Şükürlər olsun ki, Biz azəri türkləri olaraq çoxdan toplumdan millətə çevrilmişik.

Fariz 2017-ci ildə ona məktəbi bitirdikdən sonra səneələdlərini Türkiyədə İstanbulun Aydın Universitetinə vermiş və 2019-cu ilə kimi təhsil almış, sonra isə dondurub Bakıya qayıtmışdır. 2020-ci ilin yanvar ayında hərbi xidmətə çağırılmışdır.

2020-ci llin 27 sentyabrında Vətən müharibəsinin başlanması ilə əlaqədar ‘N’ sayi hərbi hissədəki əsgər yoldaşları ilə birlikdə komandanlığa müraciət edərək müharibə gedən bölgəyə göndərilməklərini xahiş etmişlər.

Haşiyə: Farizlə söhbət edərkən onun necə vətənpərvər, türk oğlu türk olması nəzərimdən yayınmadı. Çünki Faxralı elə bir kənddir ki, bura gözəl, səfalı təbiətinə görə Azərbaycanın bölgələrindən, İrandan, Türkiyədən gələn tayfalar, nəsillər var. Farizgilin tayfası da Türkiyənin Qars vilayətinin Çıldır mahalından olduqları məlumdur və bir də onların əjdadlarının Səlcuq-Türkmən mənşəli olmaları haqqında da ehtimal vardır. Fariz burada öz əjdadlarına sadiq çıxaraq Türk oğlu Türk olduğunu göstərdi.
Beləliklə, Farizin əsgər yoldaşları ilə etdikləri müraciət nəzərə alınmış və onlar ön xəttə müharibə gedən hissəyə keçmişlər.

2020-ci ilin oktyabr ayında Fariz və onun əsgər yoldaşları döyüşə atılmışlar. Erməni hərbçilərinə ağır zərbələr endirən Farizin xidmət etdiyi hissə Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə cəsarətlə döyüşərək irəliləyirdilər. Ermənilər ağır itkilər verərək geri çəkilirdilər, tutduqları mövqeləri atıb qaçırdılar.

Qubadlının girişində ermənilərin atdıqları minomyot və top atəşi nəticəsində sağ ayağından və bədəninin aşağı hissəsindən ağır qəlpə yaraları alan Farizi döyüş yoldaşları onu çox çətinliklə ermənilərin açdıqları şiddətli atəşin altında arxa tərəfə çıxarmağa nail ola bilmişlər. Ayaq və bədəninin aşağı hissəsindən yaralanmış Farizi Füzuli rayon hərbi tibb məntəqəsinə çatdırmışlar. İlk tibbi yardım alan Fariz gecə ikən Ağcabədi şəhərində yerləşən xəstəxanaya bir həftə burada müalicə almışdır. Sonra Şəmkir şəhərində yerləşən hərbi qospitala gətirilmişdir. Bir-iki gün burada müalicə aldıqdan sonra müalicənin davamını Bakıda, evlərində alması razılığı verilmişdir.

Fariz onu müalicə edən “Modern hospital”ın həkimi Əfqan Cəfərov və “Baku medlkal plaza” xəstəxanasının həkimi Məhəmmədəli Sabir oğlu Hüseynov haqqında ağızdolusu danışdı. Onların savadlı, bacarıqlı həkim olmalarından başqa yüksək insani keyfiyyətlərindən də söz açdı.

Həkim nəzarətində olan Farizin sağ ayağında Yelizarov mili yerləşdirilmişdir. Bədəninin aşağı hissəsindəki qəlpələr hələ də bədənindədir.

Vətən müharibəslndə göstərdiyi şücaətə görə Fariz İmanov Ali Baş Komandan cənab prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirakına görə medalı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının ”Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Farizlə söhbət əsnasında onun gələcək planları ilə maraqlandım. O, Türkiyədə dondurduğu, yarımçıq qalmış təhsilini davam etdirməklə yanaşı, atası Ayazla bərabər biznes fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirdi.
Biz də ona bu yolda uğurlar arzulayaraq gözəl nailiyyətlər əldə etməsini istədik.

Fariz ailədə ikinci uşaqdır. Belə ki, iki bacının bir qardaşıdır.

Atası Ayaz Əli oğlu İmanov AZİ-ni bitirmiş mühəndisdir, anası Tamilə xanım isə tibb bacısıdır.

Söhbətiml Farizə xoş günlər və tezliklə sağalması arzusu ilə bitirmək istəyirəm.

Nurəddin Faxralı – “Yurd Sevgisi” qəzetinin baş redaktoru

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur