Firuz Abbas oğlu Əlizadə 08.08.1970-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Koxallılar” nəslindəndir.
1977-1987-ci illərdə Faxralı orta məktəbini bitirib.
Ali təhsillidir. Azərbaycan İnşaat-Mühəndislər Universitetində təhsil alıb.
1988-1990-cı illərdə Ordu sıralarında həqiqi hərbi xidmət keçib.
1992-ci ildə Azərbaycan Respublikasının sərəncamı ilə səfərbərlik ilə əlaqədar yenidən Ordu sıralarına cəlb edilib, Azərbaycanın Ağdam, Tərtər rayonlarında “N” saylı hərbi hissədə xidmət edib və Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edib.
Firuz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “N” saylı hərbi hissəsində məsul vəzifədə işləyib.
O, müharibə veteranıdır.
Ailəlidir, 2 övladı vardır.