Mehrəli Vəli oğlu Nəbiyev

Mehrəli Vəli oğlu Nəbiyev (Veylər nəslindən) 03.04.1969-cu ildə Gürcüstan SSR Bolnisi rayonunun Faxralı kəndində doğulub.

1976-1984-cü illər Faxralı orta məktəbində oxuyub 1984-1987- ci illər Sumqayıtda 41 №-li peşə məktəbini bitirib.
1987-1989 cu illərdə Bakıda və Novoçerkaskda hərbi xidmətdə olub. Bakıda və Axalkalakidə piyada-pulemyotçu və qranatamyotçu, Rostov oblastının Novoçerkask şəhərində kəşfiyyat batalyonunda xidmət edib. Bakıda xidməti zamanı Sumqayıt hadisələrində asayişin qorunmasında xidməti olub. Həmçinin Xutor qəsəbəsinin mühafizəsinə cəlb olunub. Novoçerkaskda isə kəşfiyyat batalyonunda xidmət edib.

1989-cu ildən Sumqayıt Super Fosfat Zavodunda(SFZ) işləyib.

1990-1994-cü illər Sumqayıt Politexnik Texnikomunda oxuyub.

1992-ci ildə Qarabağ müharibəsi zamanı səfərbərliyə cəlb olunub. Əvvəcə Şıxov batalyonuna, oradan Qubadlıya göndərilib. 6№-li ehtiyat batalyonunda Zəngilan, Qubadlı və Laçın bölgələrində vuruşub.

Hazırda Moskvada yaşayır, ailəlidir, iki övladı var.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur