Qurban Mirkazım oglu Kazımov

Kazımov Qurban Mirkazım oglu 1967-ci il aprel ayının 20-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində fəhlə ailəsində anadan olub.

1984-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndislər İnstitutuna daxil olub.

1985-1987-ci illərdə Almaniyada Sovet Ordu sıralarında hərbi xidmət edib.

1992-ci ildə institutu bitirib  könüllü olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edib və o, yeni yaranmaqda olan ordunun sıralarına daxil olub.

Qurban Kazımov Yaşma Hərbi Təlim Mərkəzində Türk zabitlərindən xüsusi təlim aldıqdan sonra xüsusi təyinatlı döyüşçü zabit kimi “N” saylı taborun tərkibində Agdam cəbhəsinə ezam edilib.

Agdam rayonunun Aşagı Qərvənd, Yuxarı Qərvənd, Güllücə kəndləri uğrunda gedən agır döyüşlərdə iştirak edib.
1994-cü ildə “atəşkəs” dövrünədək cəbhə bölgəsində xidmət edib.

O, 1994-cü ildə xidmət zamanı aldıgı xəsarətlərə görə uzun müddət hərbi qospitalda müalicə olunub və 3-cü qrup müharibə əlili kimi Ordudan tərxis olunub.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur