Ramil Vahid oğlu Bədəlov 28.11.1990-cı il tarixində Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Qara Bədəllər (Veylər)” nəslindəndir.
O, Azərbaycanın “Odlar Yurdu” Universitetinin Beynelxalq iqtisadi münasibətlər fakultəsini bitmişdir.
Ramil, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ – Vətən müharibəsinin iştirakçısı olmuşdur.
O, müharibədə harada olduğunu və öz döyüş tarixçəsini belə ifadə edir:
- 30.09.2020-ci il tarixdə Goran;
- 06.10.2020-ci il tarixində Füzulinin Əhmədbəyli kəndi;
- 20.10.2020-ci il tarixində Cəbrayılın Ağtəpə kəndinin yüksəklikləri;
- 26.10.2020-ci il tarixində Cəbrayılılın Dağtumaşlı kəndinin yüksəklikləri;
- 30.10.2020-ci il tarixində Qubadlının Xanlıq kəndi;
- 04.11.2020-ci il tarixində Qubadlının Çərəli kəndinin yüksəklikləri;
- 20.11.2020-ci il tarixində Qubadlı şəhəri.
Ramil 120 mm-lik minatan batareyada usta heyət nəfəri olub.
Qeyd edək ki, Vətən müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.
Hal-hazırda o, Xəzər Dəniz Gəmiçiliyində işləyir.
Ailəlidir, 2 övladı var.