Rövşən Oruc oğlu Uğurlu

Rövşən Oruc oğlu Uğurlu əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Ayvazöyü” nəslindəndir.

Rövşən Faxralının tanınmış şəxsiyyətləri olan Uğurlu Hüseynovun və Qurban Hüseynovun nəvəsidir.

O, 10 aprel 1994-cü ildə Sumqayıt şəhərində anadan olub.

İbtidai təhsilini Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə ve Baki səhəri Suraxanı rayonu 278 nömrəli tam orta məktəbdə alıb.

Orta təhsilini Baki səhəri Suraxanı rayonu 278 nömrəli tam orta məktəbdə alıb.

Ali təhsilini Qafqaz Universitetinin (indiki Baki Mühəndislik Universiteti) Kompüter Mühəndisliyi ixtisasi üzrə alıb.

Hal-hazırda özəl sirketde “İnformation Security Manager” olaraq fəaliyyət göstərir.

2017-2018-ci illərdə Azərbaycanın Ordu sıralarında muddətli həqiqi hərbi xidmətdə olub.

Rövşən 27 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ – Vətən müharibəsinin iştirakçısı olmuşdur.

O, Füzuli və Xocavənd rayonlarinin isgaldan azad edilməsində istirak edib. 27 oktyabr 2020-ci il Xocavənd rayonunun kəndləri uğrunda gedən döyüşlərdə xəsarət almışdır.

Rövşən Uğurlu 25 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur