Sadiq Abbas oğlu Bədəlov

Sadiq Abbas oğlu Bədəlov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Bədəlli” nəslindəndir.

Sadiq Bədəlli 09.07.1997-ci il tarixində Bakı şəhərində anadan olub. İbtidai təhsilə 2003-cü ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Zəngi Liseyində başlayıb, 2014-cü ildə həmin məktəbi bitirib.

2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olan Sadiq Bədəlli 2019-cu ildə ali təhsilini tamamlayaraq hüquqşünas adını qazanıb.

Sadiq hərbi xidmətini Tovuz rayonu ərazisində yerləşən N saylı hərbi hissədə ön cəbhədə xidmət edib. Döyüş yolları 09.07.2020-ci ildə mənfur ermənilərin xaincəsinə 3 müxtəlif postumuza hücumlarının qarşısının alınması zamanı 5 günlük döyüşdə iştirakı ilə keçib. Təbii ki, həmin vaxt Sadiq və digər əsgərlərimizin rəşadətli mübarizəsi mənfur düşmənin niyyətlərinə çatmasına imkan verməyib.

Sadiq Bədəlli hal-hazırda Azərbaycan Respublikası Prokurorluq orqanında müstəntiq olaraq xalqa xidmət edir. Onun bu sahəyə marağının hardan olduğunu öyrənmək istədiyimiz zaman yetkinlik yaşı dövründə Azərbaycan filmi olan “İstintaq” filminə baxdıqdan sonra bu sahədə işləmək arzusunun olduğunu bildirdi. Təbii ki, bu arzunun yaranmasında Sadiq Bədəllinin atası Abbas Bədəlovun da işinin rolu olub. Atasının Birinci Qarabağ müharibəsi dövründə Qarabağdan başlayan xidməti sonralar Daxili İşlər Nazirliyinin müxtəlif sahələrində davam edib və hal-hazırda da davam edir.

Faxralıdan Qarabağ müharibələrində iştirak edən ata-oğullardan biri də Abbas Bədəlov və oğlu Sadiq Bədəllidir.
Bildiyimiz kimi Vətən Müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan şanlı ordusunun qalibiyyəti ilə tamamlanmışdır.

Sadiq Bədəllinin arzusunu soruşduqda dövlətimizə, xalqımıza əmin-amanlıq arzuladığını, gənclərimizin bir daha müharibə acısını yaşamamalarını, xalqımıza xidmət etmək üçün savadlı kadr olmalarını arzuladığını bildirdi. İnşallah Sadiq bu səmimi arzusunun hər gün şahidi olar.

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur