Şükür Məmməd oğlu Əliyev

Şükür Məmməd oğlu Əliyev əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndindəndir. O, 10 iyun 1977-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Faxralıdan Osmanlı Salmanın nəvəsidir.

Şükür Əliyev ibtidai təhsilə 1984-cü ildə Sumqayıt şəhərində yerləşən 29 nömrəli orta məktəbdə başlayıb və həmin məktəbi 1994-cü ildə fərqlənmə attestatı ilə tamamlayıb.

Təhsildəki nailiyyətləri ilə bərabər idman sahəsində də Şükür Əliyevin nailiyyətləri çox olub. Boks idman növündə məktəb illərində Sumqayıt, Bakı, Azərbaycan, Ukrayna, SSRİ çempionu titullarını qazanmış, idman ustalığına namizədliyi təsdiqlənib. Şükür Əliyev boks üzrə 12 dəfə I yer, 2 dəfə II yer, 1 dəfə III yer çempion adlarına layiq görülüb.

Şükür Əliyev orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub və 2000-ci ildə həmin ixtisas üzrə ali təhsilini tamamlayıb. 2001-ci ildə anestizioloq-reanimatoloq ixtisası üzrə qırmızı diplomla bitirərək həkim adını qazanıb.

Şükür Əliyev ali təhsilini tamamladıqdan sonra – 2001-ci ildən hərbi xidmətdədir. İlk xidməti Ağdamdam başlayıb. 10-dan çox hərbi hissə və tibb müəssisələrdə xidmət edib. Hal-hazırda ll-ci Ordu korpusunda xidmət edir. Hərbi xidməti dövründə Şəmkir, Lənkəran, Ələt hərbi hospitallarının komandiri, hərbi qanköçürmə stansiyasının rəisi vəzifələrini layiqincə yerinə yetirib. Hal-hazırda da hərbi həkim kimi Azərbaycan Müdafiə Nazirliyində xidmət edir, hərbi rütbəsi tibb xidməti “polkovnik-leytenant”dır.

Şükür Əliyev hərbi xidmətinin 10 ilini ön cəbhədə xidmət edib, aprel döyüşlərində, 2-ci Qarabağ – Vətən Müharibəsi dövründə xidməti vəzifəsindən başqa təşəbbüs göstərərək könüllü olaraq müharibədə iştirak edib.
Şükür həkim döyüş bölgəsində yaralılara bilavəstə tibbi yardım göstərməklə bərabər, onların təxliyyə edilməsində fəal iştirak edib.

Həkim Şükür Əliyev rəhbərlik tərəfindən dəfələrlə medal, Fəxri gərmanla təltif olunub.

Ailəlidir, 4 uşağı – 3 qızı, 1 oğlu var.

Şükür Əliyevin uşaqlıq arzusunu soruşduqda: Uşaqlıq vaxtı ən böyük arzum hərbi təyyarəçi olmaq olub. Bu gün təyyarəçi olmasa da vətənpərvər həkim kimi öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib və yetirməyə də davam edir. Ona işlərində uğurlar arzulayır, ailə, vətən, millət sevgisi ilə xeyirli, uzun, sağlam ömür arzulayırıq.

Həkim Şükür Əliyevin arzusunu öyrənmək istədiyimizdə:

  • Xalqımıza xoşbəxtlik, əminamanlıq, dövlətimizə hər zaman aydın səma arzu edirəm. Şəhitlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı, uzun ömür arzu edirəm. Allah ordumuzu var etsin, qorusun.!!!

Amin inşallah…

Şəkillər:

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur