Rahilə İlyas qızı Ramazanova (elmlər doktoru)

Rahilə İlyas qızı Ramazanova (elmlər doktoru)

QISA MƏLUMAT Rahilə İlyas qızı Ramazanova 1969-cu il mayın 4-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1985-ci ildə Faxralı orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya institutunun Geoloji kəşfiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültədə təhsilini “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1990-cı ildə Azərbaycan

Ətraflı
Əli Bayram oğlu Əliyev (elmlər namizədi)

Əli Bayram oğlu Əliyev (elmlər namizədi)

QISA MƏLUMAT Əli Bayram oğlu Əliyev 1923-cü il mayın 28-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.1941-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1943-cü ildə Hərbi Topçuluq məktəbini bitirmiş, zabit rütbəsi almış və 1945-ci ilədək İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşmuşdur. Əli Əliyev 1945-ci ildən başlayaraq Faxralı kəndindəki “Qələbə” kolxozunda mühasib köməkçisi, baş mühasib, ilk partiya təşkilatının

Ətraflı
Afiq Faxralı (müğənni)

Afiq Faxralı (müğənni)

Ecazkar səsin sehri Min illərdir ki, bütün xalqlar öz mədəniyyətlərini, ədəbiyyatlarını, musiqilərini yaradıb, inkişaf etdirib, nəsildən-nəsilə ötürərək bu günlərə miras qoyublar. Ona görə də hər bir xalqın yaşayış tərzi, adət-ənənəsi, psixologiyası, sevinci-kədəri bu yaradıcılıqlarda aydın surətdə görünməkdədir. Xalqın həyatını özündə qabarıq hiss etdirən bu sənətlərdən biri də musiqi sənətidir. Bütün xalqlar kimi Azərbaycan xalqının da

Ətraflı
Pənah Hüseyn oğlu Mahmudov (elmlər namizədi)

Pənah Hüseyn oğlu Mahmudov (elmlər namizədi)

QISA MƏLUMAT Pənah Hüseyn oğlu Mahmudov 1919-cu ildə Bolnisi rayonunun (həmin vaxt Borçalı mahalının Bolus nümayəndəliyi adlanırdı) Faxralı kəndində anadan olmuşdur. İlk təhsilini 1927-ci ildə Faxralı yeddiillik məktəbində almışdır. 1934-cü ildə məktəbi bitirib Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuşdur. Texnikumu 1937-ci ildə bitirib müəllimliyə başlamışdır. Borçalının Baydar, Qasımlı, Aşağı Saral kənd məktəblərində dərs hissə müdiri,

Ətraflı
Adil İsa oğlu Hüseynov (fizika-riyaziyyat elmləri namizədi)

Adil İsa oğlu Hüseynov (fizika-riyaziyyat elmləri namizədi)

QISA MƏLUMAT Adil İsa oğlu Hüseynov 1942-ci il oktyabr ayının 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1949 – 1959-cu illərdə Faxralı orta məktəbini, 1959 – 1965-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.  1965-ci ildə təyinatla   Azərbaycan Elmi-Tədqiqat Neft Layihə institutunun yeraltı hidrodinamika laboratoriyasına göndərilmişdir. Bu laboratoriyada 1971-ci ilədək mühəndis vəzifəsində işləməklə bərabər, Universitetin rəyi əsasında 1965-ci ildə Azərbaycan SSR Elmlər

Ətraflı
Əmirxan Mehralı oğlu Babaşov (iqtisad elmləri namizədi)

Əmirxan Mehralı oğlu Babaşov (iqtisad elmləri namizədi)

QISA MƏLUMAT Əmirxan Mehralı oğlu Babaşov 1947-ci il fevralın 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1954 – 1965-ci illərdə Faxralı orta məktəbini,  1965 – 1969-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin Əmtəəşünaslıq və ticarətin təşkili fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1969 –1971-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisad İnstitutunda (ETİİ) kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1972-1975-ci illərdə əvvəlcə Bakı şəhərində, sonra isə

Ətraflı
Eldar Hüseynqulu oğlu Məmmədov (elmlər namizədi)

Eldar Hüseynqulu oğlu Məmmədov (elmlər namizədi)

QISA MƏLUMAT Eldar Hüseynqulu oğlu Məmmədov 1949-cu il may ayının 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955 – 1965-ci illərdə orta məktəbi bitirmişdir. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) qəbul olmuş, 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1969-1991-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi

Ətraflı
Elxan Hüseynqulu oğlu Məmmədli (elmlər namizədi)

Elxan Hüseynqulu oğlu Məmmədli (elmlər namizədi)

QISA MƏLUMAT Elxan Hüseynqulu oğlu Məmmədli 1946-cı il yanvar ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1963-cü ildə Bakının 23 saylı orta məktəbini bitirmişdir. 1965-ci ildə ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə ali təhsilini uğurla başa vurmuşdur . Elmi fəaliyyətə “Şair Nəbinin həyat və yaradıcılığı”na həsr etdiyi diplom işi ilə başlamışdır.

Ətraflı
Müslüm Musa oğlu Haqverdiyev

Müslüm Musa oğlu Haqverdiyev

Polkovnik Müslüm Musa oğlu Haqverdiyev Xahiş olunur bu şəxs barədə aşağıdakı məlumatları [email protected] e-mailinə göndərəsiniz: Təvəllüdü Doğulduğu yer Orta təhsili (haranı bitirib, nə vaxt) Ali təhsili (haranı bitirib, nə vaxt) Əmək fəaliyyəti (yeri, tarixi, vəzifəsi) Elmi dərəcəsi, kitabları Rütbəlidirsə, rütbəsi Mükafatı, təltifləri Döyüş əməliyyatlarında iştirakı, veteran olması Faxralı üçün etdiyi müsbət iş və əməlləri Foto şəkili (skan

Ətraflı
Nəbi Gülməmmədov

Nəbi Gülməmmədov

ARİF VƏ AQİL ZİYALI Hər dəfə onu xatırlayanda məşhur Çin filosofu, eramızdan əvvəl VI əsrdə yaşamış Lao Tsizin sözləri yadıma dü­şür: “Kim adamları tanıyırsa – arif­dir. Özünü tanıyırsa – aqildir. Adam­lara qalib gəlirsə – güclüdür. Özünə qalib gəlirsə – qüdrətlidir. Biliyi çox­dursa – dövlətlidir. İnadkardırsa – ira­dəsi var. Təbiətini dəyişirsə – uzun­ömür­lüdür. Öləndən sonra unudul­mursa

Ətraflı
Mətləb Eldar oğlu Həsənov

Mətləb Eldar oğlu Həsənov

SAZDA GƏZƏN BARMAQLARIN BİRDİ, BİR Bu gün Borçalı deyəndə ilk növ­bədə yada düşən saz olur, bir də ünlü ustadlar. Axı, qədim türk yurdu olan bu mahal neçə-neçə ünlü sənətkarlar ye­tirib. Təkcə XX əsrdə yaşayıb yarat­mış ustad aşıqların adlarını çək­mək kifayətdir ki, burada aşıq sənətinin necə dərin köklərə malik olduğu haq­da aydın təsəv­vür yaransın. Sadıq Sul­ta­nov,

Ətraflı
Qabil Vaqif oğlu Abdıyev

Qabil Vaqif oğlu Abdıyev

MÜQƏDDƏS YOLUN YOLÇUSU 2012-ci ilin payızı idi. Eşitdim ki, “Lider” tele­viziya kanalında gənc aşıq­ların müsabiqəsi gedir. Düzü, son illərdə az qala telekanallar arasınd bəhsə çev­rilmiş müxtəlif musiqi yarış­malarını izlə­məkdə o qədər də həvəsli deyiləm. Çünki belə yarışmalarda çox zaman əsl sənət bir qıraqda qalır, təşkilatçıların əsas məqsədi anacaq SMS-lə tamaşaçıların cibinə gir­mək olur. Amma bununla

Ətraflı
Xalid İslam oğlu Orucov

Xalid İslam oğlu Orucov

Xalid İslam oğlu Orucov 1953-cü ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1970-ci ildə həmin kənddə orta məktəbi bitirmiş və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstututunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1976-cı ildə insitutu bitirən X.Orucov Sumqayıt şəhərindəki 2 saylı xəstəxanada birillik internatura keçmişdir. İnternaturanı bitirdikdən sonra 1977-ci ildə o, təyinatla Dəvəçi rayonuna göndərilmiş və

Ətraflı
Vüqar İmdad oğlu Mikayılov

Vüqar İmdad oğlu Mikayılov

Vüqar İmdad oğlu Mikayılov əslən Gürcüstan Respubilikasının Bolnisi rayonun Faxralı kəndinin “Qazaxlı” nəslindəndir. O, Azərbaycanın Böyük Vətən (2-çi Qarabağ) müharibəsində  Füzuli rayonunda gedən döyüşlərdə həkim kimi iştirak edib. Səməndər Məmmədov: “AĞIR  ELLİ, ŞİRİN DİLLİ ZİYALI” Elimiz-obamız haqda, Vətənin qıraq­da qalan yeri Borçalı haqda, xüsusən Fax­ralı barədə, bu elin ayrı-ayrı ziyalıları haq­da, Faxralı orta məktəbini bitirib

Ətraflı
Azad Hüseyn oğlu Qurbanov

Azad Hüseyn oğlu Qurbanov

Azad Hüseyn oğlu Qurbanov 1966-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində  anadan olub. Kəndin “Teşərələr” nəslindəndir. O, orta təhsilini doğma kəndində alıb, 1983-cü ildə Faxralı orta məktəbini bitirib. Onun haqqında çoxdan yazmaq istə­səm də, nədənsə, alınmırdı. Bunun da əsas səbəbi onun özüydü – hər dəfə müxtəlif yollarla söhbətdən yayınır, “haqqında yazı­lası faxralılar çoxdur, onlardan

Ətraflı
Aydın Hüseyn oğlu Qurbanov

Aydın Hüseyn oğlu Qurbanov

VİCDAN İNSANIN ALLAHIDIR Əslində bu yazını çoxdan, lap çoxdan yaz­­malıydım. Daha doğrusu, onun haqqında qəlbim­də yazıya çevrilmiş düşüncələrimi, fi­kir­lərimi kağıza çoxdan köçürməliydim. Am­ma nədənsə, alınmırdı. Baxın, indiyədək neçə kitabım işıq üzü görüb, bu kitablarda neçə-neçə eloğlum haqqında yazmışam, amma bu yazı ləngiyib. Bu ləngimənin bir səbəbi mənə bağlıdırsa, digər səbəbkar da elə onun özüdür. Haqqında

Ətraflı
İsa Ziyəddin oğlu Nəsibli

İsa Ziyəddin oğlu Nəsibli

KÖKÜNƏ BAĞLI OĞUL Borçalı torpağının yetirdiyi dövlət və ictimai-siyasi xadimlər, alim, mühəndis, həkim, yazıçı, şair və aşıqlar, sadə peşə adamları bu gün bizim iftixarımız, qürurumuzdur. Dörd hissədən ibarət “El sevəni aləm sevər” kitabımda Borçalı mahalında, eləcə də Faxralı elində tanınmış yüzlərlə mədəniyyət, incəsənət və elm adamlarının portretlərini yaratmışam: Nəriman başında qızıl tacındı, Rəşid şərəfindi, Şaiq

Ətraflı
Elmira Aslan qızı Əliyeva

Elmira Aslan qızı Əliyeva

MAVİ GÖLLƏR SONASI İndiyədək neçə-neçə portret oçerklər yaz­mışam. Hər birini də böyük şövqlə, məhəb­bətlə. Mənim üçün Azərbaycanımın hər guşəsi əziz olsa da, yazılarımın qəhrəmanları əsasən Borçalının ləyaqətli övladları olub. Bu, təkcə ondan irəli gəlmir ki, özüm də Borçalıdanam. Əlbəttə, müəy­yən qədər bunun da təsiri var, amma bu səpgili yazıları yazanda istəmişəm ki, Vətənin qıraqda qalan

Ətraflı
Fatma Aslan qızı Əliyeva (Aslan)

Fatma Aslan qızı Əliyeva (Aslan)

BORÇALIMIZIN ASLAN QIZI Fatma Aslanın müəllifi olduğu kitablar və yazdığı şeirləri barədə məlumatlara müvaiq linklərdən baxmaq olar. Artıq tarixə çevrilən 2010-cu ilin ədə­bi həyatında baş verən yaddaqalan ha­disələrdən biri də Fatma Aslanın “Göy üzündə gəzən bulud” adlı ilk şe­ir­lər kita­bı­nın işıq üzü görməsi oldu. Çağ­daş Azər­baycan poeziyasının Gür­cüs­tanda yaşayıb-yaradan iste­dad­lı nüma­yən­dələrindən biri sayılan Fatma Aslanın 

Ətraflı
Arif  Bayraməli oğlu Bədəlov (kimya elmləri namizədi)

Arif Bayraməli oğlu Bədəlov (kimya elmləri namizədi)

QISA MƏLUMAT Arif Bayraməli oğlu Bədəlov 1959-cu ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1976-cı ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının “Bioloji Tədqiqatlar Mərkəzində” əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Biokimya İnstitutunda (Moskva şəhər) tədqiqat

Ətraflı
Sabir Ömər oğlu Ömərov (elmlər namizədi)

Sabir Ömər oğlu Ömərov (elmlər namizədi)

QISA MƏLUMAT Sabir Ömər oğlu Ömərov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-1980-cı illərdə Azərbaycan EA Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 1980-1983-cü illərdə T.Q. Şevçenko adına Kiyev Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının

Ətraflı
Adil Muxtar oğlu Həsənov

Adil Muxtar oğlu Həsənov

KÖKÜNƏ TAPINAR DÜŞÜNƏN, QANAN İndiyədək Faxralının işıqlı zi­ya­lılarından – təkcə bu kəndi deyil, bü­töv­lükdə Borçalını onun hüdud­ların­dan kənarlarda da ləyaqətlə təm­sil edən, onun şöhrətini daha da ucaldan oğul və qızlarından çox yaz­­mışam. On­ların arasında heç üz­­lə­­rini belə gör­mədiklərim – mən­dən çox əvvəl yaşa­yanlar da olub, mənə dərs de­yən­lər də, yaşıdlarım və cavanlar da. Və hər

Ətraflı
Rəşid Mehrəli oğlu Qasımov (fizika-riyaziy­yat elmləri namizədi)

Rəşid Mehrəli oğlu Qasımov (fizika-riyaziy­yat elmləri namizədi)

QISA MƏLUMAT Rəşid Mehralı oğlu Qasımov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1973-cü ildə ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1978-ci ildə Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır.  BDU-nun “Ali riyaziyyat” kafedrasının dissertantı olmuş və 1996-cı ildə Azərbaycan

Ətraflı
Binnət Əli oğlu Məmmədov

Binnət Əli oğlu Məmmədov

DÜNYANIN DƏRDİNƏ SALAM VERƏN QƏLƏM DOSTUM 2015-ci ildə  milli mətbuatı­mı­zın ya­ran­­ma­sının 140 illiyi tamam oldu. Azər­baycan Respub­likasının Przeidenti cənab İlham Əli­yev bu yubileyin ölkəmizdə ge­niş şəkildə qeyd olunması üçün ayrıca sə­rən­cam imzaladı və bu münasibətlə silsilə təd­birlər həyata ke­çirildi. Təbii ki, bu bay­ram ərəfəsində mən də yaxından tanıdı­ğım, dost­luq münasibətində olduğum jur­na­list­ləri təbrik elə­dim. Ancaq

Ətraflı
Tariyel Əhmədəli oğlu Əliyev

Tariyel Əhmədəli oğlu Əliyev

Tariyel Əhmədəli oğlu Əliyev 15 dekabr 1965-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub. Kəndin “Alıöyü” nəslindəndir. 1972-ci ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1982-ci ildə tam orta təhsilini əla və yaxşı qiymətlərlə başa vurub. Mərhum xalq şairi Bəxtiyar Vahabzadə “Ömür” adlı şeirində yazırdı: Yaşamaq yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır.

Ətraflı
Sərdar Yusub oğlu Qasımov (fizika-riyaziyyat elimləri namizədi)

Sərdar Yusub oğlu Qasımov (fizika-riyaziyyat elimləri namizədi)

QISA MƏLUMAT Sərdar Yusif oğlu Qasımov 1955-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini bitirərək ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-ci ildə oranı bitirmiş və Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır. 1983-cü ildə Kibernetika institutunda hesablama riyaziyyatı ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur. 1992-ci ildə Kibernetika İnstitutunda dissertasiya müdafiə etmiş,

Ətraflı
Musa Eyvaz oğlu Məmmədov

Musa Eyvaz oğlu Məmmədov

ÖLÜM YALAN SÖZDÜ… Əli Kəlbəcərlinin (Əli Qurbanovun) gözəl bir şeiri var: Kim qurban eylməz dosta yağını, Yedirtməz bağrının dosta yağını? Qoysun gözüm üstə dost ayağını, Dolaşım ellərdə ay şişə-şişə. Haqqında söz açdığım Musa Məmmədov da həqiqətən ca­nında yağı olan dost idi, etibarlı, sədaqətli yoldaş idi. Biz onun­la həddindən artıq yaxın olmuşuq. 10 il bir sinifdə

Ətraflı
Teymuraz Muxtar oğlu Hüseynov

Teymuraz Muxtar oğlu Hüseynov

XATİRƏYƏ DÖNƏN ÖMÜR Bu yazını başlamazdan öncə xə­yal mə­ni bir neçə on illik əvvələ apar­­dı. Doğ­ma Fax­ralı, qay­ğısız uşaq­­­­lıq illə­ri­miz və bir də o illərin dostları yenidən gözlərim önündən keçdi. Aman Allah, illər necə də tez ke­çi­rmiş. İndi ömrün altıncı onil­li­yindən o illərə boylananda adam bir az uşaq­laşır, bir az  kövrəlir, bir az da… Yaxşı

Ətraflı
Firəngiz xanım Hüseynova

Firəngiz xanım Hüseynova

“SEVGİ ILƏ BAŞ-BAŞA NURDU, NUR İNSAN” Hər ömrün öz rəngi var. Bu rənglər o qə­dər çalarlı və zəngindir ki, ona baxanda insan ömrünün müx­təlif anları yada düşür. Rənglər aləmi həm də insanın dərin düşün­cəsindən, fəl­səfi duyu­mun­dan və gələcəyə nikbin baxı­şından xəbər verir. İnsanın içinə, varlığına və dünyasına hopur. İnsan bu rəngləri yaşadaraq daha gözəl və

Ətraflı
Səlim Nadir oğlu Həsənov

Səlim Nadir oğlu Həsənov

 “QIZILDAN- GÜMÜŞDƏN, ZƏRDƏN, ZİBADAN, İNSANIN BİR TƏMİZ ADI GÖZƏLDİR” Hər kəsə öz eli-obası, doğulub boya-başa çatdığı yer doğmadır, əzizdir deyənlər nə qədər haqlıdır. İnsan dünyanın harasında yaşa­­ma­sın­dan asılı olmayaraq həmişə öz doğma yurdu ilə fəxr edir. Hətta bəzən müəyyən səbəblərdən sənə doğma olan yerlərə illərlə baş çəkə bil­məsən də, bu məhəbbət azalmır. Eldən-obadan bir xoş

Ətraflı
Etimad Bayram oğlu Eyvazlı (Karabük Ünivetsitetinin Prof.Dr.)

Etimad Bayram oğlu Eyvazlı (Karabük Ünivetsitetinin Prof.Dr.)

Etimad Eyvazlı:  “Şəcərə (Ayvaz öyü, Hasan öyü, Əhməd öyü)” QISA MƏLUMAT Etimad Bayram oğlu Eyvazlı 1951-ci il martın 14-də  Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1958 –  1968-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU-nun) mexanika fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra Bakı Məişət Kondisionerləri Zavodunun Xüsusi Layihə Konstruktor Texnoloji bürosunda müxtəlif vəzifələrdə

Ətraflı
Həsən Nəsib oğlu Həsənov

Həsən Nəsib oğlu Həsənov

SƏNƏTDƏ TƏSADÜF YOXDUR Teatr mədəniyyətin elə bir qo­ludur ki, bəlkə də bura təsa­düfən gəlib düşmək olar, ancaq heç vaxt böyük sənətdə qeyri-adi bir iz qoymaq müm­kün deyil. Yə­ni insana Allah-Təala əvvəl­cədən istedad ver­mə­sə, nə həmin insandan şair çıxar, nə rejissor olar, nə də böyük aktyor kimi formalaşa bilər. Deməli, onda məntiqi təfəkkürə söy­kənsək, belə nəticə

Ətraflı
Məmməd Məmmədəli oğlu İbrahimov (elmlər namizədi)

Məmməd Məmmədəli oğlu İbrahimov (elmlər namizədi)

QISA MƏLUMAT Məmməd Məmmədəli oğlu İbrahimov 1948-ci il aprel ayının 15-də Faxralı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Faxralı məktəbində, 1959-cu ildən isə Marneuli şəhər interant məktəbində almış və 1966-cı ildə orta məktəbi bitirmişdir. 1967-ci ildən Sumqayıtda Boru yayma zavodunda çilingər işləmiş, 1971-1973-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1975-ci ildən zavodun göndərişi ilə Dnepropetrovsk şəhərində Metallurgiya

Ətraflı
Bahəddin Alı oğlu Nəbiyev (elmlər namizədi)

Bahəddin Alı oğlu Nəbiyev (elmlər namizədi)

QISA MƏLUMAT Bahəddin Alı oğlu Nəbiyev 1948-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955– 1966-cı illərdə Faxralı orta məktəbini bitirmişdir. Bahəddin Nəbiyev 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Kimya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bahəddin Nəbiyev bir il Əli Bayramlı şəhərində 5 saylı orta məktəbdə kimya müəllimi işləmişdir.

Ətraflı
Vəkil İsrafil oğlu Abbasov

Vəkil İsrafil oğlu Abbasov

SEVƏN ÜRƏKLƏRDƏSƏN, AY VƏKİL HƏKİM! Bəkiroğlu Nəbi oxuyan zaman, Bülbül mat qalardı, susardı kaman, Aşıq Nəsibimin barmaqlarından, Qopan “zarıncı”dır, “Şur”dur Faxralı. Dünyamalı Kərəm Gürcüstanın Əməkdar jurnalisti, “Şərəf” nişanı ordenli Dünyamalı Kərəmin vəsf etdiyi doğma Faxralının tərənnümə layq övladlarından biri də ömrünü insanların sağlamlığının keşiyində dayanmaq kimi müqəddəs bir işə həsr etmiş rəhmətlik Vəkil Abbasov idi.

Ətraflı
Ələddin Musa oğlu (Dəmirçi)

Ələddin Musa oğlu (Dəmirçi)

Ələddin Dəmirçinin şeirlərindən nümunələr GETMƏZ SİNƏMİZDƏN BU DAĞIN, FƏLƏK Düzü, əvvəllər onun şeir yaz­dı­ğını bilmir­dim. Amma bilir­dim ki, özü­nün sadə və halal zəhməti ilə dola­nan ləyaqətli eloğ­lularımdan biri­dir. Onu da bilirdim ki, bu gün az-az rast gəlinən bir sənətin sahibidir – də­mirçidir. Bu yaxınlarda isə öy­rəndim ki, sən demə, böyük fiziki güc, iradə və mətanət

Ətraflı
Bayraməli Gülməmmədov

Bayraməli Gülməmmədov

HƏQİQƏT YOLUNDAN DÖNMƏSƏ, HƏR KƏS ÇATAR ARZUSUNA, DİLƏYİ SÖNMƏZ… Məqaləyə böyük Sədi Şirazinin po­ezi­ya­sın­­dan bu nümunəni sərlövhə seç­məkdə yanıl­ma­dığımı düşünürəm. Çünki həqiqə­tən bu mə­qa­lədə haq­qın­da söz açdığım eloğ­­lum Bay­ra­məli Gülməm­mədov həqi­qət yolunun yolçusu, cə­miy­­­yət içində hə­mi­şə özünün yerini bilən tərəq­qipərvər ziyalıdı. “Ot kökü üstə bitər” deyib müdrik­lə­ri­miz. Nəcabətli bir nəslin övladı olan Bay­ram­əli Gülməm­mədov hər şeyin

Ətraflı
Allahyar Niyazi oğlu Qasımov

Allahyar Niyazi oğlu Qasımov

HARADA NUR VAR, MƏN DƏ VARAM Bəzən illər ötür, bu il­lərin öt­düyünü han­sısa insanın həya­tında və ta­le­yində dərindən hiss eləyə bilmirsən. Hiss eləyə bil­mirsən ki, bu günlər, illər həmin adamın ömründə necə iz qoyub. Amma elə insanlar da var ki, nəinki aylar, illər, hətta həftələr və günlər onun hə­yatında silin­məz və əbədi izlər qo­­­yur. Yəni,

Ətraflı
Yusif Əli oğlu Musayev (elmlər namizədi)

Yusif Əli oğlu Musayev (elmlər namizədi)

QISA MƏLUMAT Yusif  Əli oğlu Musayev 1942-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1948 – 1958-ci illərdə  Faxralı orta məktəbini bitirib, Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu bitirmiş, təyinat üzrə “Bakelektroştamp” zavodunda mühəndis-texnoloq işləmişdir.  1965-1968-ci illər ərzində Azərbaycan Politexnik institutunun “Maşın detalları və yükqaldıran-nəqlədici maşınlar” kafedrasında assistent işləmişdir. 1968-1971-ci illərdə Moskvada SSRİ

Ətraflı
Qədir Mənsur oğlu Babaşov

Qədir Mənsur oğlu Babaşov

İŞIQLI HƏR BAXIŞ MÜKAFATINDIR İnsanın ən ağır günündə ona şə­fa verən, sağlamlığının keşiyində duran həkimə, təbibə böyük ehti­yacı var. Əgər bir adam xəstə­lə­nərsə, o həmin anda göydə Allah­dan, yerdə isə həkim­dən şəfa is­təyir. Adətən deyirlər ki, insana şəfanı da,  bəlanı da verən Allahdır. Həkimlər də deyirlər ki, Allahın izni və köməyi olmadan biz heç bir

Ətraflı
Məmmədəli Zəngin (Novruzov)

Məmmədəli Zəngin (Novruzov)

GÖYLƏRİ SEYR ETSİN ŞEİR VƏ SƏNƏT Məmmədəli Zəngin (Novruzov) – 1940-cı ildə Ulu Borçalının saz söz oylağı Faxralı kəndində anadan olmuşdur. Məmmədəli Zənginin şeirləri tərəfi­miz­dən toplanıb, 1997-ci ildən bəri dəfələrlə haqqında məlumat verilib, şeirləri dərc edi­lib. Məmmədəli özünə Zəngin ləqəbi seç­miş­dir. Zəngin ləqəbi onun yaradıcılığını po­etik şəkildə əks etdirir və yazdığı bütün şeir­lərdə özünü doğruldub. Yazdığı

Ətraflı
Şair Hamlet Kazımoğlu

Şair Hamlet Kazımoğlu

Hamlet Kazımoğlu 1970-ci ildə Faxralıda anadan olmuş və ürək çatışmazlığı nəticəsində 2001-ci ildə rəhmətə getmişdir. Texniki Univesitetı bitirib (1989). AVP Mərkəzi aparatında işləyib. Azərbaycan poezıyasınm yeni nəslinin ümidverici gənçlərindən olub. Gənc şairlər arasında keçirilən şeir müsabiqəsinin qalibi olub (1997). “Ağ çadır” şeirlər kitabı nəşr olunub (B. 1997). Hamlet Kazımoğlunun şeirlərindən nümunələrə buradan tanış olmaq olar.

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur