Bədəl Xəlil oğlu Xəlilov

Bədəl Xəlil oğlu Xəlilov (Keçili nəsli) – 16 dekabr 1961-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

1979-cu ildə Faxralı orta məktəbini bitirmiş və həmin il Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma fakultəsinə daxil olmuşdur.

1984-cü ildə həmin fakultəni bitirmişdir.

Ali təsildən sonra aşağıdakı vəzifələrdə və fəaliyyət sahələrində çalışmışdır:

  • Gürcüstan Respublikasının  Marneuli rayonunda İnternat məktəbində müəllimlik etmişdir;
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur;
  • 2008-2009-cu illərdə Faxralı kənd nümayəndəliyinin rəhbəri vəzifəsində işləmişdir.

 

Hal-hazırda Azərbaycan Respublikasının SOCAR  Dövlət Neft şirkətinin Gürcüstan Respublikası bölməsində məsul vəzifədə çalışır.

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur