Bəkiroğlu Əlləz – təqribən 1912-ci ildə Faxralıda anadan olub.
1934-cü ildən kolxozda arabaçı işləyib. İkinci dünya müharibəsi başlayanda cəbhəyə yollanıb, sonrakı taleyi məlum deyil, cəbhədən qayıtmayıb.
Təəssüf ki, şeirlərinin çoxu itib-batıb. Onun şair Şabanla bir deyişməsini təqdim edirik.