Dünyamalı Gülməmməd oğlu Əsgərov – 1924-cü ildə Faxralıda anadan olub.
Təcnislər, bağlamalar və nəsihətami şeirlər müəllifidir.
1986-cı ildə vəfat edib.
İstəməzmi
Ay həzərat, qınamayın siz məni,
Sevgidən ayrılan yar istəməzmi?
Aylar xəstəsiyəm, illər düşgünü,
Düşəndə yadına nar istəməzrni?
Qaysaqlamır bədənimin yarası,
Təbibdəmi, loğmandamı çatası.
Alovlansa sinəmin bir parası,
Söylə, ürək yansa qar istəməzmi?
Dünyamalı köç eyləyər aradan,
Əcəl gəlsə illac yoxdu paradan.
Bir kəsin ki, əli çıxa mayadan,
Yerini çəkəndə var istəməzmi?..
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından