Güllər Pərisi

Güllər Pərisi – 1790-cı ildə Faxralıda anadan olub.

Saz-söz vurğunu olan Güllər Pərisi 135 il ömür sürüb. Haqsızlığa dözməyən Güllər Pərisi zəmanədən şikayət edib və bu, şeirlərində açıq-aşkar öz əksini tapıb.

O, 1925-ci ildə Faxralıda dünyasını dəyişib.

 

Dağların

Boz dumanlar dağdan dağa dağılır,
Görünür arabir xalı dağların.
Qoyun gəlif hərəsində sağılır,
Uzanır hər yana qolu dağların.

Səhər-səhər dan yuxusu yatasan,
Gün çıxanda çadır yanın atasan.
Buynuzdu qoç, tuncu cöngə satasan,
Ondadı qazancı, karı dağların.

Pərı gedir qız-gəlinlə bulağa,
Bir canı var, bu yerlərə sadağa.
Qorxur aza, çox gedəmmir uzağa,
Duyarsa pozular halı dağların.

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur