Hüseyn Aslan oğlu Hüseynov (Faxralı)

Hüseyn Aslan oğlu Hüseynov 21.07.1959-cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

1966-cı ildə Faxralı kəndində Şahbuzlu İbtidai məktəbinin 1-ci sinfinə getmiş, 1969-1974 – cü illərdə Faxralı kənd 8 illik məktəbində oxumuş, 1976-cı ildə Faxralı kənd orta məktəbini bitirmişdir.

1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmiş və riyaziyyatçı ixtisasına sahib olmuşdur.

1981-1992-ci illər ərzində Bakı Zərgərlik zavodunun İnformasiya hesablama mərkəzində, “Azərbaycanaerogeodeziya” İB-də mühəndis-proqramçı vəzifələrində, Sosial Təminat Nazirliyi sistemində müxtəlif vəzifələrdə işləmişdir.

1992-2004-cü illər ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsində hərbi xidmətdə zabit, baş zabit, şöbə rəisi vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikasının Müharibə veteranı, istefada olan polkovnik-leytenant, təqaüdçüdür.

Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə Silahlı Qüvvələrin yaradılmasının 10, 90 və 100 illiyi yubiley medalları ilə təltif olunmuş, “N” saylı hərbi hissə komandirinin əmri ilə Fəxri Fərmanla mükafatlandırılmışdır.

Hal-hazırda Heydər Əliyəv adına Ali Hərbi Məktəbdə çalışır. Evlidir. 3(üç) övladı var.

Hüseyn Aslan oğlu Hüseynovun şeir yazmaq istedadı da vardır. Onun gözəl şeirləri Hüseyn Faxralı  adı ilə internet səhifələrində və mətbuatda tez-tez görünür. Həmin şeirlərdən nümunələrə buradan tanış ola bilərsiniz.

Mənbə : REDAKTORDAN

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur