Məmmədəli Zəngin (Novruzov)

GÖYLƏRİ SEYR ETSİN ŞEİR VƏ SƏNƏT

Məmmədəli Zəngin (Novruzov) – 1940-cı ildə Ulu Borçalının saz söz oylağı Faxralı kəndində anadan olmuşdur.

Məmmədəli Zənginin şeirləri tərəfi­miz­dən toplanıb, 1997-ci ildən bəri dəfələrlə haqqında məlumat verilib, şeirləri dərc edi­lib. Məmmədəli özünə Zəngin ləqəbi seç­miş­dir. Zəngin ləqəbi onun yaradıcılığını po­etik şəkildə əks etdirir və yazdığı bütün şeir­lərdə özünü doğruldub. Yazdığı və bu gün əlimidə olan şeirlərinin zənginliyi həm də yaza bilməyib, özü ilə sinəsində haqqa apardığı sənət incilərinin rəngarəng və zənginliyindən soraq verir. Qısa vaxt kəsiyində yazdığı əsərlərində poeziyanı, sənəti uca tutub, yüksək qiymətləndirir:

Ucalaq, boy ataq ağaclar kimi,
Qoy şən olsun, abad olsun təbiət.
Gərib qanadını turaclar kimi,
Göyləri seyr etsin şeir və sənət.

Məmmədəli Zəngin gəlimli-gedimli dünyanın ağrı-acısından tutmuş məhəbbətin ucalığına və əbədiliyinə qədər bütün sahələrdən yazıb. Özü də yana-yana yazıb, ürəkdən yazıb:

Əlindən xudaya şikayətim var,
Kimini qaldırdın ucaya, dünya.
Kiminin gözündə gündüzə döndün,
Kiminin gözündə gecəyə, dünya.

Müdriklərimizdən biri, “məhəbbət sevdiyini yüksəkdə görmək arzusu­dur”, – deyib. Zənginin bütün sevgi şeirlərinin cövhərində də bu fikir görünür. Və bu görüntüləri ilə insanları  saflığa çağırır:

Sevgilim, əfsanə deyil məhəbbət,
Onun da özünün bir şöləsi var.
Sanki ondan almış öz işığını,
Gecəyə nur verən ulduzlar, aylar.

Zəngin cəmiyyətin tör-töküntülərini, talançı və gəmirçilərini görəndə  də şair qəzəbini saxlaya bilmir. “Dünən xalqı çapan bu gün mərd olub”, “çəmənlərdə bəyquşlara yurd olub”, –  deyərək ittiham edir.

Məmmədəli Zəngin heç bir ali təhsil almamasına baxmayaraq sözləri yerli-yerində, çox böyük ustalıqla işlədir. Onun poetik deyimlər­indən görünür ki, şair Azərbaycan şifahi xalq ədəbiyyatını dərindən öyrən­miş, aşıq şeir uslubunu mənimsəmiş, çağdaş ədəbiyyata yaxından bələd olmuşdur.

Şeirlərində dahi şairimiz Səməd Vurğunun güclü təsiri də duyul­maq­dadır. Lakin Məmmədəli heç də təkrarçılığa yol vermir, orjinal deyimlər və ümumiləşdirmələr onun təcrübəli qələm sahibi olduğunu bir daha sübut edir. Adama elə gəlir ki, bu şeir, beyt yox, müdrik kəlam, yaxud atalar sözüdür:

Nə qədər gizlinə çəksəm canımı,
Yenə hər atılan yaya tuş gəlir.

Yaxud:

Görüm, qalsın yerdə yanı,
Od alsın, yansın peymanı.
Dostu dostdan ayıranı
Ahu-zara qismət eylə .

Və ya:

Gəlməyir özümə daha gümanım,
Loğman tapılsa da, dərman tapılmaz.

Məmmədəli Zənginin həyatı və taleyi barədə fikirləşəndə yadıma M.Rahimin aşağıdakı şeiri düşür:

Ömür dedikləri çoşqun çay kimi,
Kükləyib-köpürüb hər zaman gedir.
Ona bel bağlama o qədər də sən,
Bəzən açılmamış gül, bağban gedir.

Əfsus, min əfsus, yaradıçılığı coşqun çaya bənzəyən sinəsi söz dolu Məmmədəli Zəngin açılmamış şeir-sənət bağbanı tək həyatdan nakam getdi. Amma təzə-tər şeirləri ilə əbədilik qazandı Məmmədəli Zəngin.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

 

Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Məmmədəli ZƏNGİN (1940–1968).

Orta təhsil aldıqdan sonra hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin tərkibfnafə zabit kimi xidmət edib. Ömür yolu hərbı xıdmətdə qırılıb. Şair Nəbi ədəbi məktəbindən bəhrilənib. “Coşqun çay kimi” (B. 2000 kitabı nəşr olunub (tərtibçisi Səməndər Məmmədovdur).

Məmmədəli Zənginin yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun şifahi xalq yaradıcılığı üslubunda olmasıdır. M.Zənginin lirik obraz kimi qəhrəmanının – bədii “mən”inin istər Vətən, el-oba, yurd məhəbbəti, istərsə də sevgisi, həsrəti, bunların təzahürü olan daxili həyəcanları özünəməxsusluğu ilə səciyyəvidir. Bu baxımdan “Dünya” qoşması diqqəti çəkir. Məmmədəli dünyanın işləklərini poetik təhlilə cəlb edir, qarşılaşdırır, xatırlayır, təzadlar biçimində xatırladır, “kimini xoşbəxt eləyib kimini əziyyətlərə, məhrumiyyətlərə düçar eləyən” dünyanın suçunu üzünə vurur:

Kimini yetirdin tükənməz vara,
Kimini namuraz qoydun məzara.

Bu qoşmanın məntiqi davamı təsiri bağışlayan “Dad fələyin əlindən” qoşmasında da eyni ovqat, eyni duyğu, eyni duyum vardır. Qoşmada “bəxti gözündə qalanların” “qap-qara qəbirə aparılanların” taleyinə canıyananlıq duyulur və poetik baxımdan ümumiləşdirilir. Bu, Məmmədəlinin poetik etirazı, poetik üsyanıdır.

Faxralının əsrarəngiz təbiəti, könüloxşayan gözəlliyi öz əksini, poetik inikasını Məmmədəli Zənginin yaradıcılığında da tapmışdır. Fikrimizi onun

Dəvə qoruğunda açan gülləri,
Döşümə taxdığım yadıma düşdü. (“Yadıma düşdü”) 

Laləli düzündə, yaşıl çölündə,
Yaşılbaş sonalı göllər gözəldi. (“Gözəldı’”)

misraları da təsdiqləyir.

El deyimlərindən də yaradıcılıqla bəhrələnən (“burnumun ucu göynədi”, “nıxdını kəsdi”, “arsızın çörəyini əlinə alma”  və s.) M.Zənginin sevgi şeirlərı də poetık çalarları ilə seçılır.

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

 

 

 

let KAZIMOÖLU (Kazımov) (1970–2001)

Texniki Univesiteti bitirib (1989). AVP Mərkəzi aparatında işləyib. Azərbaycan poeziyasının yeni nəslinin ümidverici gənclərindən olub. Gənc şairlər arasında keçirilən şe’r müsabiqəsinin qalibi olub (1997). “Ağ çadır” şe’rlər kitabı nəşr 0114′ nub (B. 1997).
BAYRAQmVƏTƏN

Allahın izni ilə şahidlik edə bilərəm ki, sonuncu nəfəsin ava. Zlyanda uzun donlu bir bayrağın ətəyindən öpüb gedə bilmədin, sən istəyən bayraqların bu dünyada nə rəngini tapmaq olar, nə də onu sancmağa bir qarış torpaq tapılar. Sən öz bayrağını azadlığa sancmaq istəyirdin. Məxmər baldırlarını düzə qoymuş xanımlar kimi abnm yuxarı dartışdırmış bayraqların ətəyindən öpməyi isə Tanrı sənin mübarək ruhuna qıymazdı. Şükürlər olsun ki, qıymadı da. Amma mən Tanrının mərhəmətlilərin ən böyüyü olduğuna şahidlik edərəm ki, o sənə doğulduğun, yaşadığın və son nəfəsini tapşırdığın bu üç qürbət ölkədən də üstün bir ağ çadır vermiş– di. Yadındamı ağ çadır? Uca bir bayrağın başında durmuşdun. Sonra sənin bir oğlun da oldu. O ağ çadırın eşqinə doğmuşdular sənə. Kürəkləri bayraq sancılmalı oğul idi. Yox! Yox! Deyəsən sən’ə oğul doğulmadı… Sənin heç ağ çadırın olmamışdı axı!

Mən azadlığam dedin, sən bayraq! Bir gecə küçənin ortasında qəfıl vurdular səni, içində öldürdün onu da. İçinə alıb apardığın I o bayrağın qüruruna və namusuna and olsun ki, sənin o ağzı süd qoxulu bayrağının Tann dərgahında şərəfli və imanlı bir yeri mütləq olacaq. Çünki bu dünyadan bayrağına tamarzı gedənlərə 0 mərhəmət və can yiyəsi öz ətəklərini bayraq kimi səcdə qılmağaı hələ heç bir mübarək üzlüyə qızırğanmayıb.

308
Sənin cütbaşh qartal caynağından güclə qoparıb qaldırdığın o özəlin bayrağının önündən sürüldüyünü mən Tanrı dərgahında ınütləq dilimə gətirəcəm. Uc–uca calaq vurulmuş ipək parçaların altmda sümüksüz koramal kimi sürünməkdən torpaq olmuş kürək· lərini çırpdırıb, üzünü qürbətə səsləyirdin hələ şərəfinin ve qüru· rumın ağası ola bilənləri… Amma o gözəlim Allah sənə uzunbarmaqh bir dost vermədi ki, sənin torpaq kürəklərini çırpsın. Çünki ayaqlarına yox, sürünməkdən kürəklərində damğa kimi qalmış Ata torpağını bütün qürbət boyu üzqarası kimi gəzdirməyi Tanrı sənin açıq alnına bir cəza yazmışdı. Amma sən o yolu da getmədin, gedə bilmədin, geri döndün Vətənin qırağından. Özü də yammlza qayltmadm, ruhunu Tanrmm nurlu və işıqlı məkanında əbədi dincə qoydun. Sənin Vətən deyib səcdə qıldığın bəlkə elə bu imiş. Yoxsa sən də mənim kimi Tanrı ne’mətlərinin üstündə bir-birinin gözünü tökən bu insan yığnağının daraşdığı torpaq böl– güsünə deyirdin Vətən? Burda torpağa atılan buğda dənələrində məzlumların nəfəsi qaldığından bir damla yaş düşmür zəmilərə. Yox! Sən buna Vətən deməzsən. Çünki bütün ruhların nəfəsini doyum bilən Tanrı ruhunun dolaşdığı əbədi bir VƏTƏNdə yaşa– yırsan…*

Hamlet KAZIM! ÖLU

MƏN AZADLIÖAM, SƏN ·BAYRAQ

Gülüm, azadlıqdan məstəm, T ut əlimdən ötüb gedək. Uzundonlu bayraqların Ətəyindən öpüb gedək.

Gözüm qanlı üüiqlərdə, İçimdən sonsuzluq keçir. Göz yaşı qurtuluş deyil, içimdən qansızlıq keçir.

,

*“Ulduz” jurnalı. N98, 2001. Məqalənin müəllifi İlqar İlkindı’r.
Mən azadlığam, sən-Bayraq, Gülum, dərdimiz tən qalsın.

Gəl, ikimiz qucaqlaşaq, Vətən elə Vətən qalsın!..

TƏCNİS

Gözəlliyin ilandilli odunda,

Sən ki mənim ürəyimi əritdı’n.

Üz tutacaq qibləm, yönüm qalmadı, İndən belə yandır iman, ərit din.

Məndən ötrü gəlin də sən, a qız da, İkimizik gəzən dildə, ağızda.

içdən qopan ahı tutmaz ağız da,

Onu qaynar dodağınla ərit, din.

Üzün açıb demə: bahar, yazıq ki, Qaralarla bəxtim yazıq-yazıq ki. Kazımoğlu, təkcə sənə yazıq ki, Ər tapıldın, itəndə də ər itdin.

MƏNİ TAP

Orda mənim qəbrim… bunu bir haqq san, Hamı gəlib-gedir, sən isə yoxsan.

Gəlib mən ölmüşə bir sən də baxsan, Gözümü yummuşam, gəl asanca tap.

Ömürdü ·odunda çox üşümüsən, Gündü ·göy əsgili günə düşmüsən. Ev-eşiyə necə isinişmisən? ·Tökülsün göz yaşın, gözlərini qırp.

Sağ olsam neynirəm sənə söz deyəm, Bəlkə heç olmazdm belə gərəyim.
u · ··· _ ···–…..

Daha torpaq olub mənim kürəyim, Barmaqların uzun…kürəyimi çırp.

Əli SƏNGƏRLİ

FANARAM MƏN

(Hamlet Kazımoğlunun xatirəsinə)

Tüstülənən fanaram mən, Gecə-gündüz yanaram mən. Yaradanı qınaram mən, Vaxtsız ölənlər görəndə.

Heyrət qorlanar canımda, Əllən’m qalar yanımda. Yanar gözümdə qanım da, Vaxtsız ölənlər görəndə.

Ağ saçımın teli sanı, Qarğıyaram Yaradanı. Özüm tək ağlayan ham,

Vaxtsız ölənlər görəndə… 28.04.2001 .
Hamlet Kazımoğlu: * Səbrim ömrümdən uzundur.

* Məni sevgimdən tanıyacaqlar. * Yaşamağın dadını gördüm, yolunu tapmadım. * Içində yer saxla mənə,

Öləndə Vətəndə ölüm.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur