Məmməd Lahıcoğlu Faxralı

Onun haqqında bu linkdən tanış ola bilərsiniz.

GEDİRƏM

Ayrılıram yenə, doğma elimdən,
Üz tuturam qərib, elə gedirəm.
Hələlik ay dağlar, yaşıl meşələr,
Elə bil ki acı, yelə gedirəm.

Bu Ana yurdumun, şirin iyisi,
Odu ocağının, həzin istisi.
O, uca dağların, dumanı çisi,
Elə bil ki quduz, selə gedirəm.

Bu Lahıc oğlunun, gözü qəm kədər,
Vətənsiz bir ömür, gedərmiş hədər.
Mən səni sevmədim, hələ bu qədər,
Elə bil ki söndüm, belə gedirəm.

20.07.2019

 

SARITEL

Telli sazın, sinəsində,
Bir yuvasan, ay Sarıtel.
Həyatımın, səhnəsində,
Bir havasan, ay Sarıtel.

Şerim sənlə, durub qoşa,
Səni görüm, milyon yaşa.
Məclisində, bir tamaşa,
Bir havasan, ay Sarıtel.

Səsin elə, sehrkardır,
Sənsiz mənə, dünya dardır.
Sevgin incə, barmaqlardır,
Bir havasan, ay Sarıtel.

Həm aglayır, həm gülürsən,
Həm acısan, həm şirinsən.
Lahıc oğlun, öldürüsən,
Bir havasan, ay Sarıtel…

22.03.1979

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur