Şair Allahverdi

Şair Allahverdi (Allahverdi İbrahim oğlu).Olüm-ölüm tarixi bəlli deyil. İveylər nəslindəndir. XVIII əsrdə yaşayıb.

Biz Allahverdinin iki təcnisini (“Sinə”, “Dürüstə məni”) Gürcüstan Əlyazmaları İnstitutundakı gürcü əlifbasıyla şeirlər məcmuəsində (f5. iş 2385), altı qoşmasını da (“Bizdən salam olsun keşiş oğluna”, “Yeriyir”, “Ay gözəl”, “Qocaldı”, “Yandırır”, “Leyli”) Azərbaycan Ədəbiyyat və İncəsənət arxivindəki Ziya Borçalının cüng-bayazında (f.533, iş 63, 64) aşkarlamışıq.

Arxivdən yazılı şəkildə əldə etdiyimiz “Yandırır”, “Qocalar”, “Yeriyir” şeirləri və Səməndər Alməmmədlinin (Məmmədov) son vaxtlar ərsəyə gətirdiyi topludakı Borçalının Faxralı elindən Allahverdi İbrahim oğlunun (İveylərin Allahverdinin) həmin rədifli  qoşmaları eyni şeirlərdir… Səməndər Məmmədov nəşrində Allahverdinin daha üç şeiri var (“Gəlmədi”, “Ay gözəl”, “Qardaş”).

Faxralı Allahverdinin şeirləri şirin lirizmiylə seçilir.

Səhər vaxtı gözünə tuş olan gözəlin hər qıya baxması yüz qan eləyir, yel dəyəndə kəlağayı yana sallanır, bulud arasından Günəş camalı dağa-daşa şölə saçır, onun qəmzəli yerişi nazı-ədası aşiqi odlara yaxır:

Allahverdi dərddən odlara yandı,
Xəyal o xəyaldı, demə usandı.
Nə şahdı, nə sultan, nə də ki xandı,
Sanki başı taclı paşa yeriyir.

Başqa bir qoşmasında şair sevgilisinə “Gözəllər içində gözəl bəllisən”, – deyə üz tutur…

Şairin “Yandırır” qoşması rişəsini poeziyamızın öncül gələnəyindən çəkir:

Könül qəm-qübarda, can intizarda,
Bu eşqin atəşi cam yandırır.
Saxla qədəmini, gəlmə yaxına,
Od düşər üstünə kanı yandırır.

Qoşmada “eşqin atəşi”, “od düşər üstünə” ifadələrindən sonra “yay kirpiyi kəşananı yandırır” ifadələrinin düzümü məntiqidir və aran-dağ təzadı da bununla bağlıdır. Aranın istisi yanğıdırsa, dağın sərinliyi yanğıya əlacdır. Bütün cəfaların müqabilində şair:

Eşit, Allahverdi, dad-fəryadını,
Şirin ləbin şəkər verməz dadını.
İstədim ki, faş eləyim adını,
Ağ üzündə üç nişanı yandırır, –

deyə cəfadarını yenə də pünhan saxlayır. Allahverdinin şeirlərindən biri də Leyliyə ünvanlanıb. Leyli ox atır, aşiqin bağrını şan-şan eləyir:

Xarı gördüm sarmaşıbdır güllərin,
Seyraqubun gözün tökdü millərin.
Allahverdi həsrət çəkən illərin,
Əyləşsən danışaq bir saət, Leyli!

Faxralı Allahverdinin şeirləri hələ öz çağında yazıya alındığı kimi, yenə həmin çağlardan dildə-ağızda söylənə-söylənə gəlib bizə çatıb. Və bu, onun həm şairlik kamilliyindən, həm xalqa yaxınlığından, həm də yaradıcılığının yaşarılığından xəbər verir*.

* Məqalə “Borçalı” qəzetinin 1 sentyabr 2001-ci il tarixli sayından götürülüb (ixtisarla). Müəllif Şurəddin Məmmədlidir.

 

Yandırır

Yaram qəm-qubarda, can intizarda,
Eşqinin atəşi məni yandırır.
Saxla qədəmini, gəlmə yaxına,
Od düşər üstünə, səni yandırır.

Yenə havalandı könlümün quşu,
Çoxdu qəm-qüssəsi, fikiri-huşu.
Yığılıb yanına tayıynan-tuşu,
Xınalı dəstində şəmi yandırır.

Eşit, Allahverdi, ah-fəryadını,
Şirin ləibin bal da verməz dadını.
Gəlin sizə faş eləyim adını,
Ağ üzünə üç nişanı yanıdırır.

Gəlmədi

Hamı gəldi mən xəstənin yanına,
Səbəb nədi öz nigarım gəlmədi.
Üzü qara elə biilqarıymış,
Harda qaldı, çıxdı canım, gəlmədi.

Qəzəbləmi buyurublar fərmanı,
Naşı təbib gəlsə bulmaz dərmanı.
Azad elə dustaqlıqdan sən məni,
Dərd bilənim, din-imanım gəlmədi.

Təvəqqəm var indi qohum-qardaşdan,
Bir xəbər yetirsin ürəyi daşdan.
Əllərim üzülur ömürdən, yaşdan,
Allahverdi, Kərəm kanım gəlmədi.

Ay gözəl

Tər çiçəksən bənzəyirsən ulduza,
Qaymaq kimi dodaq sənin, ay gözəl.
Ac an tək ləbiərində bal gəzəm,
Bal mənimdi, pətək sənin, ay gözəl.

Gut saçların tökülübdü gərdana,
Ətri məni məst eləyib, ay yana.
Bir pay göndər sən bağından bu yana,
Alma kimi yanaq sənin, ay gözəl.

Allahverdi dərman istər özündən,
Heç baxmadm yaralara gözümən.
Hər nə desən incimərəm sözündən,
Əi mənimdi, ətək sənin, ay gözəi.

 

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur