Seyid Əhməd

Seyid Əhməd – Qıcılar nəslinin Faxralı kəndinə gələn ilk nümayəndələrindən olub.

Güvənli – məskənim, Şəmsəddin – elim,
Qəm salıbdı məni buraya, dağlar.
Hər tərəfdən düşmən kəsib yolumu,
Abbas özü gəlsin haraya, dağlar.

Nəcəfın zəhmindən daşlar əriyər,
Məhəmməd hayqırsa başlar əriyər,
Paşanın sözündən yaşlar əriyər,
Dünya da bələnər qaraya, dağlar.

Əhmədəm, yadında qallam ellərin,
Söhbəti olaram şirin dillərin.
Sərin-sərin əsən qara yellərin,
Bəlkə taleyimi daraya, dağlar!..

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur