Oruc Nikbinin kitabları

Oruc Nikbin barədə məlumat Oruc Nikbinin şeirlərindən nümunələr “Faxralıdan güc almışam” şeirlər ktabına ön söz yazan xalq şairi Zəlimxan Yaqub demişdir ki, təbiətə bağlılığına gorə doğuldugu torpağa, daşa, dərəyə, nəhayətsiz çöllərə, düzlərə vurğun olan Oruc müəllim, vurulduğu təbiətə olan sevgisini məharətlə qələmə almışdır. Bundan başqa, mərhum şairimiz Oruc Nikbin (Əlizadə) “Vətən səsi, yurd həsrəti” kitabının

Ətraflı

Səməndər Eyvaz oğlu Məmmədov

Səməndər Məmmədov barədə məlumat Səməndər Məmmədov: “Səngərim…” şeiri KİTAB TUTMAZ MİN DASTANIM, FAXRALI Vurğun könlüm pərvanədir başında, Canımdan da əziz canım, Faxralı. Həyatım, varlığım, zövqüm, kamalım, Səcdəgahım, din-imanım, Faxralı. Qızılqaya, Böyükgüney, Qaradağ, Səngərimdə əriməyən qara bax. Dağlarında “Cəngi” çalır hər bulaq, Ömrümdə mənalı anım, Faxralı. Eşqinlə çırpınır könlümün səsi, Oylağım, yuvamsan, Möylə dərəsi. Səndədir, ceyranın,

Ətraflı

Məhsəti Əli qızı Məmmədova (Məhsəti Şeyda)

Məhsəti Şeyda barədə məlumat ÜRƏK SƏHV EDƏNDƏ Mənə ümid verən qara gözlərin, İndi nağıl olub, nağıla dönüb. Oğrun baxışların, şirin vədlərin, Bir ovuc zəhərli noğula dönüb. Ürək səhv edəndə nə olar, gülüm, Çalış ki, bir daha yanılmayasan. Sevənlər qəlbini ovlayıb, atıb, Sonra dəllal kimi tanınmayasan. HARDA QALDIN? İlk sevgimi anan da mən, Səni yada salan

Ətraflı

Mirvair Əli qızı Məmmədova

Mirvair Məmmədova barədə məlumat LALƏLƏR Təzə-təzə göz açan, Çəmənə ətir saçan, Dodağı qan lalələr; Yanar ulduzlar kimi, O qızıl piyalələr. Yel əssə, yellənərlər, Axarlar, sellənərlər. Ö çiçək dilləriylə Astaca dillənərlər. Külək çölü ətəklər, Çəməndə güllər qalar. Bir lalə yanağından Neçə arı bal alar. NƏNƏMİ Boz-bulanıq gölə dönüb gözlərim, Axtarıram burmabirçək nənəmi. Oxşarında bir ağbirçək qalmayıb,

Ətraflı

Fikrət Ayvaz oğlu Məmmədov

Fikrət Məmmədov barədə məlumat GÖZƏL DAĞI Gözəl dağı, qollarını bircə aç, Öz balan tək qucağına atılım. Nə ki sağam, qoy asılım boynundan, Öləndə də torpağına qatılım. Arzum budur, uca, məğrur başından Dünya varkən, qara yellər əsməsin. Əl-ətəyin dolu olsun çiçəklə, Səngərində bircə mərrmi bitməsin. Gözəl dağım, ulu babam oylağı! Fikrətəm, adına şeir yazıram. Harda olsam,

Ətraflı

Söhbəddin İlyas oğlu Məmmədov

Söhbəddin Məmmədov barədə məlumat DÜNYADI A dostlar, bilin ki, düz tutulmayıb Mayası, yalandan yalan dünyadı. Kimiyə səfadı, kimiyə cəfa, İnsanı ucaldan, salan dünyadı. Dinləyin sazımı, dinləyin bir az, Dərdimi çəkəmməz nə Kür, nə Araz. Nə ola, gözündə qalmaya muraz, Əhdinə vəfasız olan dünyadı. Sevinci dayazdı, kədəri dərin, Söhbəddin, ağırdı qəza-qədərin. Talayıb könlümü, bilmirəm sirrin –

Ətraflı
Səyyarə Əlizadə

Səyyarə Əlizadə

Səyyarə Yolçu qızı Əlizadə 1950-ci ildə Faxralıda anadan olub. 1967-ci ildə Faxralı orta məktəbini, 1971-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstititunu (indiki İqtisad Universiteti) bitirib. Şeirləri mətbuatda dərc olunub. SƏNDƏN AYRILA BİLMİRƏM Xoş camallı, şirin sözlü, Səndən ayrıla bilmirəm. İpək telli, gülər üzlü, Səndən ayrıla bilmirəm. Gizlin-gizlin oda yandım, Səni saflıq tacı sandım. Sədaqətdi eşqin,

Ətraflı

Şair Əli Faxralı (Əli Qurban oğlu Məmmədov)

Əli Faxralı barədə məlumat QOCALARMI Bu dağlara sidq-ürəklə Meyl salan qocalarmı? Əzgillidə cah-cəlalla, Binə quran qocalarmı? Qoşa bulaq, adın cardı, Yahalardan yadigardı. Görməyənlər intizardı, Gəlib görən qocalarmı? Sair könlüm, gəzmə xəstə, Dərmanını burdan istə. Qara dağdan Gəzdək üstə Gedib-gələn qocalarmı? Qızıl qaya sinəsində, Dincələsən kölgəsində. Faxralının binəsində, Ömür sürən qocalarmı? Əli, götür telli sazı, Çal-oxu

Ətraflı

Dünyamalı Gülməmməd oğlu Əsgərov

Dünyamalı Əsgərov barədə məlumat BİR GÜN Könül, havalanma bahar eşqinə, Gələr zimistan, qar olar bir gün. Əsər yellər, boran olar – sərt boran, Gördüyün o günlər dar olar bir gün. Qəvvas olub, dalma dərin dəryaya, Etibar eyləmə bulanıq çaya. Hərçənd sərindir kölgədə qaya, Dincəlmə dibində, mar olar bir gün. Dünyamalı öydünü söyləyər, Anlayanlar qulaq verib

Ətraflı

Hüseynqulu Məmməd oğlu Məmmədli

Hüseynqulu Məmmədli barədə məlumat KAMANDAR Dizimdə taqət yox, gözümdə qara, Gözləməkdən yollarını, Kamandar. Günü-gündən dərdi-qəmim azalır, Dilləndirsən tellərini, Kamandar. “Urfanı”dan əhli-ürfan kam alar, “Yanıq Kərəm” ürəklərə od salar, Eşqə düşən, ərənlərdən cam alar, Dinləyəndə xallarını, Kamandar. “Mənsuru”nda Mənsur dara çəkilər, “Zarıncı”da gözyaşları tökülər. “Divanı”də xanimanlar sökülər, Görmək olmaz əllərini, Kamandar. Keçib gedir ömrümüzün karvanı, “Misri”,

Ətraflı

İsmayıl Güllər ilə Rəhim Nəbi oğlunun deyişməsi

İsmayıl Güllər ilə Rəhim Nəbi oğlunun deyişməsi (Səngərdə ot əhvalatı) Səngər dağı bitki örtüyü ilə zəngindi. Bu dağlıq massivin otuna ot çatmaz. İsmayıl Güllərlə Şair Nəbinin oğlu Rəhimin bir deyişməsinə də Səngərin ətəyindəki biçənəyin otu səbəb olub: Əhvalat: 1972-ci ildə Rəhim Şair Nəbi oğlu meşəbəyi işləyirdi. O ili Səngərdə əlamət ot gəlmişdi. İsmayıl Güllər də yarılığa

Ətraflı

Şair Şabanın şeirləri (Şaban Məmmədəli oğlu Qurbanov

Şair Şaban barədə məlumat Şair Şabanla Qara Qəribin “küsüşməsi” Ağlama Elə durma – qəm içində, Gül, ağlama, gül, ağlama. Sən ağlasan mən ağlaram, Gəl ağlama, gəl ağlama. Sənin umuddu sözünü, Ocağıma qat közünü. Görən itirər özünü, Göz yaşını sil, ağlama. Cismim yandı ahu–zardan, Üzülürəm intizardan. Gəl Şabanı qurtar dardan, Ürəyini al, ağlama!  

Ətraflı

Bəkiroğlu Əlləz ilə şair Şabanın deyişməsi

Şaban: İnciməyin yolu da var, Günahımdan keç, ay şair. Keçənləri vurma üzə, Kinnilikdən qaç, ay şair. Əlləz: İncimirəm, dostlar bilsin, Qalma intizar, ay şair. İnşallah, yaram sağalar, Gedər dərd-azar, ay şair. Şaban: Qəm əlindən bağrım bişər, Vurub yaralarım deşər. Dağlar başına qar düşər, Ər başına iş, ay şair. Əlləz: Olasan dövrani dəmdə, Saxlasın Tanrı məni

Ətraflı

Şair Alı (Alı İbrahim oğlu Göyüşov)

Şair Ali barədə məlumat QARDAŞ Yazginən məktubu şahlar şahına, Odur hər işlərin çarası, qardaş. Dilimin əzbəri qibləgahıma, Qoymaz dostu darda ağası, qardaş. Söylə görüm, varıbsınız hayana, Məhəmməd hümməti qərq olmaz qana. Yetişdi, məktubun çatdı anama, Sevinsin hamının anası, qardaş. Kərəm sahibinin çoxdu qərarı, Gün çıxar, hər yerdə əridər qarı. Allah göstərməsin heç kəsə darı, Dağılar

Ətraflı

Şair Kərbəlayi Qara Qərib

Qara Qərib barədə məlumat Cənnət bulağı Nə gözəl xəlq edib yaradan səni, Sirrinin seyrinə dalanlar bilənlər. Çiçəklərin loğman, otların təbib, Dərdinə dərmanı bulanlar bilər. El köçüb üstünə, binə quranda, Döşlərin bənzəyir mağarlı kəndə. Sulanıb, köz üstə kabab bişəndə, Dadını mehmanın olanlar bilər. Tökülər üstünə min bir mey-məzə, Çiçəkli çəmənin çalar gülgəzə. Bülbül cəh-cəh vurar gül

Ətraflı

Şair Nəbi ilə Kərbəlayi İbrahim Ağakişi oğlunun deyişməsi

Nəbi: Mən uğradım eşq oduna, bir belə candan ötəri, Müjganların sinəm üstə dolaşır qandan ötəri. Ey aqillər, əfsanədi, uymayın dünya malına, Yanarlar eşq oduna şövkəti-şandan ötəri. İbrahim: Ey könül, çox havalanma, ol gülü-xardan ötəri, Seyraqub yollara çıxar bəd nazardan ötəri. Düşmə xam xəyallara, bir gün düşərsən zillətə, Bəsləmə gəndini sən marı-şahmardan ötəri. Nəbi: Əvvəlindən mən

Ətraflı

Səkinə Məmmədalı qızı

Səkinə Məmmədalı qızı barədə məlumat ALIM, HEY! Heç bilmirəm, hardasan, İgidim hey, Alım, hey! Şər atıblar, dardasan, İgidim hey, Alım, hey! Adın gəzir dillərdə, Baxmır bizə illər də. Sərkərdanam ellərdə, İgidim hey, Alım, hey! Alməmmədli Səhnəyəm, Bərəkətsiz təhnəyəm, Sənsiz kiməm – heç nəyəm, İgidim hey, Alım, hey! *** Könlümdə yarımın şəkli qalıbdı, Gözümdə qapqara kəkli

Ətraflı

Güllər Pərisi

Güllər Pərisi barədə məlumat QARDAŞ Qarsa tərəf baxıb, baxıb, ağlaram, Vurulub köksümə yaralar, qardaş. Sinəm üstün çalın-çarpaz dağlaram, Dolanır könlümdə haralar, qardaş. Eşqin badəsini yaman içibsən, Dərd əlindən Türk elinə qaçıbsan. Qohumdan-qardaşdan niyə keçibsən, Divan işə baxıb aralar, qardaş. Qəlbim qövr eyləyir köhnə yaradan, Çox keçməz, çıxarsan qorxu-qaradan. Sıra dağlar çəkilsəydi aradan, Görünərdi gözümə oralar,

Ətraflı

Allahverdi İbrahim oğlu

Allahverdi İbrahim oğlu barədə məlumat YANDIRAR Yaram qəm-qubarda, can intizarda, Eşqinin atəşi məni yandırır. Saxla qədəmini, gəlmə yaxına, Od düşər üstünə, səni yandırar. Yenə havalandı könlümün quşu, Çoxdu qəm-qüssəsi, həm fikri-huşu. Yığılıb yanına tayınnan-tuşu, Xınalı dəstində şəmi yandırar. Eşit Allahverdinin ah-fəryadını, Ləbin şirin: bal da verməz dadını. Gəlin sizə faş eyləyim adını: Ağ üzündə üç

Ətraflı

Aşıq Polad

Aşıq Polad barədə məlumat Olarmı Ay ağalar, gəlin sizə söyləyim, Pünhani işləri duymaq olarmı? Bir ustad ki, şəyirdinə kəm baxa, Onu ustad yerinə saymaq olarmı? …Qalıbdı gözləri, getmir ayağı, İstəyir belimdə ola bir yağı. Tökülü əhəl atın yalı, quyruğu, Onu ləyaq bilib minmək olarmı? Polad cəhd eylədi, ala saznı, Nə fayda, ustadsan, qıymaq olarmı?

Ətraflı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur