Qızıl qayanın üstündə, Almalıqda yol haçalanır: sol əldə qalan yol Əzgilliyə, orta yol Hümbətin kalafasına aparır. Sağ yol binələrin atasıyla uzanıb Bejanazarana çatdırır yolçuları. Bu yol Bejanazarandan enib Göyəmli kalafada Dumaneşən Qaraxaç – Türkiyə karvan yoluna qarışır. Əzgilli yolu Ağ körpüdən, Dardaşa (iki qayanın arası olduğuna görə belə adlanır) keçib uzanır. Kalafadan, Qamışdıdan keçib gedən yol Gədikdə karvan yoluna birləşir. Almalıqda haçalaşan – sağa uzanan yolun solundakı böyük biçənək Balaməmmədlinin, Nağıların, Məsimoğlunun, Yerəbaxanların binəsi kimi tanınır. Yolun sağındakı gözişlədikcə genişlənən açıqlıq Qasımıllının binə yeridi. Gürcü dərəsindən keəndən sonra solda qalan biçənək açıqlıq Alməmmədlinin binəsidi. Bu yerlər “bınə” adlandırılsa da yurd yerləridi. Adı gedən nəsillər vaxtilə mal-qarasını yay-qış burda saxlayıb; otu burda, suyu – burda, məlhəm hava da ki, öz yerində. Burdan o yana Bejanazaranın şərti sərhəddi başlayır. Bu və ya digər yer adının yozumu, əslində gümandır. Həqiqət isə gümanların qarşılaşdırılması, assosiasiyası ilə üzə çıxır (Faxralıdakı yer adları ilə bağlı mənim gümanlarım da ehkam deyil!). Bejanazaran toponimini Hüseynqulu Məmmədli “Bejanoğuzaran” kimi yozur. Bu yozumun ərazinin qədim oğuzlarla baglılığına yönəldilməsi göz önündədir. Bu amilə iradım yoxdur. Sözün birinci tərkib hissəsi ad bildirir – Bejan (Becan), ikinci tərkib hissəsinin isə (azaran) “azan” sözünün təhrif olunmuş şəkli olduğunu güman edirəm (azan – azmaq felinin üçüncü şəxsə aid təsriflənmiş şəklidi, yəni Bejanın (Becanın) azdığı, yolu itirdiyi yer).
Yozum – seir:
Oğuzların gözlərindən
Dərdi-qəmi dərdi bu yer.
Dəstələyib Yastı yala,
Düzdaxlıya sərdi bu yer.Haray çəkir Nəzik dərə,
Gözdən yağış dərə-dərə.
Sığınıb Lökə, Ləlvərə,
Becan azan yerdi bu yer.
Bejanazaran faxralıların ən uzaqdakı binə yeridi. O, zəngin bitki örtüyünə malikdir, sıx meşəliklə əhatələnib: fıstıq, cökə, göyrüc, palıd,dəmirqara, nadir qara ağac. Vaxtilə burda binələnənlər obaşdan ceyran-cüyür səsinə oyanardı yuxudan. Çor güllələr onları bu həndəvərlərdən də perikdirib.
Bejanazarana aparan yolun bir hissəsi daşlıqdı. Bu səbədən də həmin yerə Pis daş deyirlər (“pis” təyini çətin keçilən anlamındadır). Ordan azca yuxarı Batdaxlı keçididir.
Sarı bulağın solunda qalan meşəli dağ Bülöylük adıyla tanınır. Bu yüksəklikdən boylananda Sarvan “ovuc içi kimi” görünür. Bülöylüyün zirvəsindən göylərə dikilən tək-tənha cır armud ağacı (faxralılar buna “daş armud” deyirlər) neçə-neçə onillərdi əsən yellərə sinə gərir. Sağda qalan meşə Yastı yaldı. Bejanazaram əhatələyən Qaradağ, Yasdı yal, Darı yeri, Əzgilli tala, Gədik Göyəmli kalafa, Moruqlu boyun… gözəlliyi ilə göz oxşayır, könül açır.
Bejanazaranda vaxtilə kömür yand1r111b. Kömür yandırılmış kalafaların qalıqları indi də durur. Orda həm də kirənc yandırıldığını güman edirəm. Belə olmasaydı bu ətraflarda yaşayan “berzenlər” (borçalıda yunanlar belə adlandırılır) Bejanazarana Kirəcli deməzdilər…
***
Ulu yaylaq! Gur bulaqları buz sulu yaylaq! Qədirbilməzlərə can ağrısı, qədirbilənlərin qulu yaylaq!
Sən ta bineyi-qədimdən türksoylu xalqların yurd yeri olmusan İndi Qaraxaç adıyla tanınsan da adındakı “xaç” sözü ilə heç zaman heç bir bağlılığın olmayıb. Sən hara, xaç hara? – nəinki xristian, heç alban xaçının da üzünü görməmisən. Görsəydin bunca ecazkar, bunca könülaçan, dərddağıdan olmazdın. Görsəydin rəngin-rufun bunca duru olardımı?..
“Xaç” sözü “arxac” sözünün təhrif olunmuş şəklidi. Qədimlərdə oğuzlarınmı yurdu olubsan, yoxsa oğuzlarla yanaşı yaşayan digər türksoylu xalqlardan birininmi – deyə bilmərəm. Hər halda, adındakı “qara” tərkibi irilik, böyüklük bildirir. Səni böyük-böyük arxacları olan yer kimi tanıyanlar adına da elə “Böyük (qara) arxac” deyiblər. Zaman keçdikcə sənə isinişənlər adını diləyatımlı ifadə eləmək istəyib: Qara arxac – Qararxac – Qaraxaç. Sənə olan qədərsiz sevgimdəndi ki adının başqa yozumunu qəbul edə bilmirəm…
Səni 1872-ci ildə kəndin adına Aşıroğlu Allahverdi icarəyə götürmüşdü. Həmin ilin yayında faxralılarınnəfəsiylə isindin, buzlarını faxralıların sevinci, fərəhi əritdi, bulaqlarının qırışığı faxralıarı görəndə açıldı.
1873-cü ildə qonşu kəndlərin imkanlıları sənə yiyələnmək istəyiblər. Onlar Başkeçidə – tavadın yanına gediblər. Sövdələşmədən sonra tavad onlara bir nümayəndə qoşub sən adda, sən nişan da bir məkana göndərib…
Əhvalat:
Allahverdi kişinin arvadı Tükəzban Qaraxaçm gözəlliyini hərisliklə gözlərinə köçürənlərin məqsədini al diliylə öyrənir. El təəssübü ona əsər eləyir. Nökərərdən birini kəndə göndərir…
Allahverdi kişi xəbəri eşidən kimi kəndin beş-altl nüfuzlu kişisi ilə bərabər Başkeçidə gedir. Tavad 0nları səmimi qarşılayır. 0, Allahverdi kişinin “Deyirlər bizim torpağımızı başqalarına satırsan?” sorğusunu eşidincə çaşır. “Nə tez xəbər tutublar? – düşünür. Tavadın dıllənmədiyini görən Allahverdi bir addım da yaxına gələrək “Bəlkə sənə pul vəd eləyiblər? Belədirsə, açıq de. Onların verdiyindən də çox verərəm”– deyır və qızıl pulla dolu kisəni stolun üstünə atır: “Torpaqlarımızın əlimizdən çıxması bizə baş töhməti olar. Bu pul azdısa, de, yenə verim!” Tavad dinməz-söyləməz yerölçəni çağırıb göstəriş verir ki, bu kişi ilə gedərsiniz, yeri ölçüb xəritəyə köçürərsiniz. Qaraxaç qanuni şəkildə Faxralının torpağı olur.
Səni faxralılardan almaq istəyənlərin murazı gözündə qalır, ulu yaylaq, gur bulaqları buz sulu yaylaq!..
Sən faxralılara layiq yaylaqsan, Qaraxaçım mənim!
Yığnaqlı günlərində, mehmanlı anlarında bət-bənizin “ac qarınlar doydurub” sevinmisən. Binəçilərin yurd yerlərində girdəcə- girdəcə ocaq daşları axtarıb-arayanda könlün açılıb. İllər uzunu qoynuna sığınanların nazını çəkmisən. Yorğun mehmanlarına yasd1ca daşların yasdıq, boz buludların yapıncı olub.
Çadır-çadır binələrinin sayı artdıqca fərəhindən coşmusan, qürrələnmisən. Qışda buzlaşan həsrətin yayda Vüsal selinə dönüb dərələrə sığışmayanda bir boy da böyümüsən. Payız gələndə qübarlanmışan; yaxana çökən həsrət boz dumana, qəhər çən-çisəyə dönüb. Ömrünə ömür caladıqların köç eləyəndə dərdin dərin-dərin dərələr silələyib…
Dünyanın heç bir yaylağı sənə tay ola bilməz!..
* * *
Qaraxaç yaylağı Kiçik Qafqaz dağlarına aid olan Cavaxetiya yaylasındadır. Kəndlə yaylağın arası 100 kilometrə yaxındır.
Cavaxetiya yaylasının şərq hissəsi Cavaxet silsiləsi (Yaş dağlar1, Keçut dağları) adlanır və Ağlağan dağlarına qədər uzanır. Ağlağan dağları qədim Borçalının cənub sərhədləri olub. Ağlağandan şimala doğru yayılan düzənlik Çılğın düzüdü. Rəvayətə görə, bu düz Koroğlunun dəlilərinin sürək-cıdır yeri olub.
Cavaxet silsiləsinin ən hündür zirvəsi Qaraxaç yaylağına aid olan Divsiz gölünün söykəndiyi qoşa zirvəli Dəlidağdır (erməni mənbələrində Açkasar kimi qeyd edilir).
Cavaxet silsiləsinin şərq yamacında yerləşən Qaraxaç rütubətli kontinental iqlimə malikdir. Alp çəmənliklərindən ibarət olduğu üçün yay otlaqları kimi istifadə olunur. Əsas bitki örtüyü qarabiçək, asırğal, sapaq, əvəlik, kəklikotu (el arasında kəkotu deyilir), dəvə qanqalı, çobançiçəyi, çobanyastığı, su tərəsi, andız, mixək, yarpız və s.-dir. Üzü Türkiyə sərhədlərinə getdikcə bitki örtüyü seyrəkləşir, onları alp xalılar (cil otlar) əvəzləyir.
Qaraxaç dəniz səviyyəsindən 1300–1500 m. hündürlükdədir (aran yerlər, həmçinin Faxralı 600-650 m.).
Dəvəqoruğu kifayət qədər geniş əraziyə malik olan bir düzənlikdir. Ətirli çiçəkləri ilə səciyyəvidir. Bu çiçəklərdən herbari düzəldənlər bilir ki, onların ətri uzun müddət itmir tədricən azalır. Dəvə qoruğunun dikdirindən baxanda qarşıda görünən qaya Qaranlığın qayasıd1r. Arxası şimala baxan bu qaya (hündürlüyü 25-30 metrdir) uzaq keçmişlərdən indiyə kimi yazbaşı yaylağa tez gedənləri, payızda aran köçünə ləngiyənləri çovğundan, borandan qoruyub.
Qaraxaçı Ermənistandan Qaranlıq dərə ayırır. Mənbəyini Divsiz və Keçiqıran göllərindən götürən, nəticə etibarilə Xram çayının ən böyük qollarından biri olan Debeda çayına qovuşan bu dərə coşqundur, dəlisovdur. Qaranlıq dərənin adı bir-neçə gümanla yozula bilər:
1. Dərin konyona malikdir;
2. Çənli-dumanlı günlərdə dərənin yatağı qaranlığa qərq olur;
3. Axşamçağı, gün batanda ilkin olaraq qaranlıq bura düşür.
Qaranlıq dərə, əsasən, qar və yeraltı sularla qidalanır. Suyu maviyəçalandır. Yatağı boyunca buz bulaqlar qaynayır.
Nazaroğlunun bulağı əslmöcüzədi; qışda,yazda artmayan suyu, yayın ən isti vaxtlarında da azalmır. Olduqca sərin sulu bulaqdı. Bu bulağın yaxınlığında Qazaxlı nəslindən bir uşaq dünyaya göz açıb. Adını Nazar qoyublar. Bulaq da bu addan ad alıb: Nazar olan (doğulan) bulaq – Nazar oğlunun bulağı.
Nazaroğlunun bulağından yuxarıda, Qaranlıq dərənin sağ tərəfindəki qar qalağı Yastı qar adlanır. Qışda quzey tərəfin gündöyməz novunda sovrulub toplaşan bu qar örtüyü avqust ayının əvvəllərinə kimi, yay sərin keçəndə il boyu ərimir; qar üstünə qar yağır. Adı da qar qalağının maili quruluşa malik olması ilə əlaqədardır.
Yastı qarın üstündəki yastana Bədəllinin arxacı adlanır.
Yastı qardan dərə boyunca bir qədər yuxarıdan axan bulaq Nəzik (Nazik) sudu. O, öz mənbəyini Babaşdının çeylindən götürür. Nəzik suyun dərəsinin “boğazındakı” çökəkliyə yığılan davamlı qar qalağı – qar örtüyü istilər düşdükcə dərənin suyunu artırır. Bulağın adı da dərənin suyunun azlığı ilə bağlıdır. Nəzik suyun həndəvərləri Aşırrının arxacıdır.
Nəzik sudan 100-150 addım yuxarıdan Yolum çınqıl (yoluma çıxan çınqıllıq anlamında) uzanır. Sal daşlı bu çınqıl yığını Qaranlığın güneyini boya-boy kəsir…
Qoşabulaq Şeşəpapaxların Yasının arxacının alt tərəfındə, dərənin kənarındadı. İl quraq keçəndə Qoşa bulağın suyu quruduğu halda, ondan cəmi 100-150 addım aralıda çağlayan Səkili bulağın suyu azalmır. Bulağın üstündəki daşda səki (su qablarını qoymaq üçün oyuq) var. Adı da buradan yaranıb: səkisi olan bulaq. Bu bulaqların hər ikisi su mənbəyini çınqıl altından toplayır və elə çınqıllıqda da itib-batır.
Xudu öyünün arxacınandan dərəboyuqalxan cığır kiçik bir düzənliyə – Qazaxlının çeyilinə dirənir. Bu çeyilliyin kənarındakı arxac yerinin üst tərəfı Hasannının çeyilliyi, onun yanındakı kiçik təpənin üstü isə Hasannının yal arxacı,Hasannının çeyilininyanı Ayvaz öyünün çeyili adlanır.
Cavaxetiya yaylası tektonik və vulkanik göllərlə zəngindi. Belə göllərdən ikisi də Qaraxaçdadı: Divsiz göl, Keçiqıran göl.
Divsiz göl Keçiqıran gölünə nisbətən dərin və bol sulu olsa da, sututar sahəsinə görə ondan kiçikdir. Keçiqıranın üstündə qaynayan bulağın suyu da ona qarışır. Göldən ayrılan suyun miqdarı ona qarışan suyun miqdarından çoxdur. Onda belə nəticəyə gəlmək olar ki, Keçiqıran başqa mənbələrdən də qidalanır.
Keçiqıranın üstü qayalıqdı. Hər daşın üstünə illərin həsrəti hopub elə bil. Yağan qar yağış bu daşların üstündəki həsrətin ömrünə ömür, verir; göm-göy göyərir bu həsrət. O daşlara indiyəcən insan əli, insan təması dəyməyib. Bəlkə buna görə də o daşların rəngi durulmaq bilmir. Burdan azca aralıdakı daşlar baxanı heyrətləndirir: əli çomaqlı çoban və daşlaşmış qoyun sürüsü. Adama elə gəlir ki, çoban yerindən dirsəkləndisə qoyunlar üzü aşağı teylənəcək. Bu daş-çobanla bağlı rəvayətlər, əfsanələr indi də yaşamaqdadır.
Əfsanə:
Çoban surünü duzənllyə-otlağa yayıbmış. Qəflətən güclü çovğun qopur. Buna tablaşa bilməyən keçilər yerindən oynayır, burdan uzaqlaşmağa, hardasa daldolanmağa çalışır. Özlərini saxlaya bilməyən keçilər qabaqlarına çıxan gölə tökülüb qırılır. O gündən sonra bu gölün adı Keçiqıran qalır.
Divsiz göl Keçiqırandan 400-500 addım cənub-şərqdə, Dəlidağın ətəyindədi. Sahili boyunca dayazdır, getdikcə dibi görünməz olur. Adı da bununla bağlıdır. Bu göllərin suyunun rəngi şit sulara xas olmayan yaşılımtıl rəngə çalır. Divsizdə də, Keçiqıranda da canlılar, bu sıradan balıqlar müşahidə edilməyib…
Cavaxet silsiləsinin ən hündür zirvəsi olan Dəlidağdan Türkiyənin ərazisi apaydın görünür. Divsizin üstündən qalxan cığır Dəlidağın boynuna – Qırmızı gəzdəyə qovuşur; dəmir oksidi ilə zəngin suxurdan ibarət olan gəzdəyin rəngi, adından da göründüyü kimi, qırmızımtıldır…
Qaranlıq dərənin sol qanadındakı qılıcın döşü Qasımıllının arxacı adı ilə tamınır. Bu yerlər sonralar Saraclı kəndinə verildiyindən indi Saraclının qılıcı adlanır.
Qaranlıq dərə ilə Tərəli çayını (dərəsini) bir qılıc ayırır. Bu qılıc Qaranlığın qayasından başlayıb Asırğallı byunun sol cinahında tamamlanır. Məcrası boyunca çoxlu su tərəsi bitən bu çayın adı da elə “tərə” sözü ilə ilgilidi: tərəsi çox olan çay (dərə). Tərəli çayının sağ qolu mənbəyini Cənnət bılağından götürən Aralığın dərəsidir. Tərəlinin qayası və Aralığın qayası adlarını bu çayların (dərələrin) adından alıb. Əksər yurd yerlərinə yol nisbətən aşağılarda olan Aralıqdan, (ayrılan yer) ayrılır; ən isti aylarda belə buranın içməli suyu azalmır.
Ərazisi Tərəli çayının sol sahillərini əhatə edən və Qoşakilsənin yeri kimi tanınan maili düzənlik də əvvəllər
Faxralının torpağı olub. Burda Hövüt Məhəmmədin adını daşıyan yurd yeri, Aşırrı nəslinin adına ad olmuş arxac yeri var. Arallqdan Xram istiqamətində 600-700 metrlik məsafədəki yurd yeri Hasannının yurd yeridir (Kürən yolunun kənarındadır). Çox əlverişli örüş“ imkanları var. Kiçik bir təpə üstündəki qoyun arxacının yanında gur sulu bir bulaq çağlayır. Adına Hasannının bulağı deyirlər. Aralıqla Hasannının yurdu arasındakı kiçik təpə Əzən təpəsi adı ilə tanınır. Əzən – Azan – Əzan səsləşməsinə istinad edərək qədim dövrlərdə bu təpədə iman yolu ilə gedənlər üçün namaz azanı verildiyini güman edirəm və təpənin adını da Azan təpəsi kimi anlayıram. Asırğallı boyun Qaradaşın qılıcının sonucunun sağındadı. Ayrannı bulaq kişinin bulağı (Nağıların Hasan), Sarı bulaq bu ərazidədi. Asırğallı boyundan 400-500 metr aralıda Qaradaş adı ilə tanınan yurd yerinin adı ərazinin başlanğıcındakı iri daşların rəngi ilə bağlıdır.
Asırğallı boyunun və Qaradaşın üstü Qaravulun döşü adlandırılır. Qaravul daş hörgülü, orta hündürlüklü qüllədir, çənli-çiskinli ayamlarda yol adamına səmti nişan verir. Qaravulun üst tərəfindən bir-birinə söykənən, bir-birini tamamlayan yastanalar uzanır. Bu yastanaların Xram səmtində, Qaradaşın dərəsinin boğazında ecazkarlığı ilə yolçunu yolundan eləyən bir bulaq var, adına Cənnət bulağı deyirlər. Bu ətrafların ot örtüyü də zəngindir, gül-çiçəyi də. Mas-mavi sulu bu bulaq həndəvərləri ilə birlikdə doğrudan da cənnət misallıdı. Cənnət bulağının adına ad olmuş əfsanələr indi də yaşamaqdadır.
Qaranlığın qayasında heyrət ediləsi bir daş var, Molla Qurbanın adına ad olub: Molla Qurbanın taxtı. Daşın taxta bənzədilməsi təsadüfi deyil. Daş şumaldı, yuxarı hissəsi ilahidən bir qədər qabarıq yaranıb, elə bil balıncdı. İlk dəfə o daş döşəkdə Molla Qurbanmı yatıb, yoxsa 0 daş döşəyin “yumşaqlığın1” ondan əvvəl duyan olubmu – deyə bilmərəm. Hər halda, bu möcüzə daş Molla Qurbanın adı ilə qoşa yaşayır.
Molla Qurnanın taxtından baxanda Dəvə qoruğuna, Hacıxalıl ocağına, Soyuqbulağa aparan yol ovuc içi kimi görünür.
Hər adna günü dağçılar da, bu məqsədlə arandan – kənddən gələn arançılar da Hacıxalıl babanın ziyarətinə gedəndə bu yolda at yorardılar. Ziyarətə piyada gedənlər də olardı….
Faxralılar 50-ci illərə kimi Qaraxaçda rəhmətə gedənlərini Tərəlinin qaşında dəfn edərdilər. Bura qəbristanlıqdı. Yan-yörəsindən əl-ayaq çəkiləndən sonra payızın sazağı başlanandan yaz küləkləri əsənə kimi həsrətdən qəddi əyilən qəbir daşlarına Qaraxaç hayançı olur…
***
Ulu yaylaq! Səni görənlər hüsnündən doya bilmir, aynla bilmir səndən. Qaranlığın qayasınan dönüb sənə bir də baxır və kövrəkliklə pıçıldayır:
Bir-birinə sığınsa da bu yerdə,
Dağ qayaya, qaya dağa bənzəməz!
Ürəyimi burda qoyub gedirəm,
Heç bir yaylaq bu yaylağa bənzəməz!..
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”