Video
Faxralıda içməli su probleminin həlli ilə bağlı işlərə başlanılıb
Gürcüstan hökümətinin dəstəyi ilə Faxralı kəndində içməli su təchizatı ilə bağlı işlərə başlanılıb. Görülən işlərlərlə bağlı görüntüləri təqdim edirik: 20.05.2020, Mustafa Amaşov, Faxralı.com
ƏtraflıFaxralı Cümə məscidi (Göy məscid)
Faxralı məscidi Osmanlı memarlığı üslubunda inşa edilmiş bir tarixi memarlıq abidəsidir. Məscid, Cümə məscid adı ilə tanınır. İlk zamanlar məscidin adı Göy məscid olub. Ətraflı məlumat burada. Çəkiliş: Ali Ağayarov, Cavanşir Hüseynov (Amaşlı) Montaj: Cavanşir Hüseynov Dəstək: Hacı Sahib, Namiq Babaşlı, Musa Poladov, Elşən Orucov. Musiqinin ifaçısı: Əli Əsgər Məmmədov – Qəlb atəşi Musiqinin bəstəkarı:
Ətraflı“Böyük Vətən Müharibəsi” abidəsi
2019-cu ilin may ayında Faxralıda Böyük Vətən Müharibəsi veteranlarının şərəfinə ucaldılmış abidə yenidən restavrasiya olunub. Faxralı kənd orta məktəbini 1999-cu ildə bitirmiş məzunlar, məktəbi bitirməklərinin 20 illik yubileylərini xeyirxah əməllə tarixə yazmışlar. Onlar 1980-1985-cı ilərdə Faxralının girişində, “Təpələr” deyilən ərazidə Böyük Vətən Müharibəsi (1941-1945-ci illər) iştirakçılarının şərəfinə ucaldılmış abidəni yenidən restavrasiya etmişlər. Qeyd edirik ki,
ƏtraflıGözəlliklər seyrangahı – FAXRALI
Həyatda nə qədər yer gəzirsən gəz, dünyanın hansı gözəl guşəsinə gedirsən get, yenə uşaqlığını keçirdiyin doğma ocağı, o ocaq başında sevincini, qayğını bölüşdüyün doğmaları axtarırsan. Həyat zirvəsinə addımladığın yollar bir gün səni illər öncə ən gözəl günlərin xatirəyə çevrildiyi ocağa, doğulduğun o kəndə, o obaya aparar. Tanrının boylandığı mavi səma altında bu dünyanın mənəvi çirkinliklərindən,
ƏtraflıAşıq Qabil Faxralı – Qardaş (Pənah Babaşovun qardaşı İsanın xatirəsinə)
Pənah Babaşovun qardaşı İsanın əziz xatirəsinə həsr elədiyi musiqi Albomundan. Sözlər: Səadət Buta
ƏtraflıZəlimxan Yaqub – “Faxralı mənəviyyat etalonudur”
Faxralı Borçalının poeziya-söz, saz-aşıq sənəti məktəbinin mənəvi mərkəzlərindən biri, bəlkə də birincisini hesab edirəm. Faxralının mərd, qeyrətli, səxavətli kişilərinin adı-sanı zaman-zaman dillərdən düşməyib. Bu mənada Faxralı həm də qəhrəmanlığımızın, qətiyyətimizin simvolu olub. Kəpənəkçidə doğulmuşam. Bizim nəslimizin xeyir işlərinə Şair Nəbinin təbii, ilhamı şırqa verib. Əmim İlyaz 95 yaşındadı. Şair Nəbini əzbər bilən kişilərdən biri də
Ətraflı