3 ildə 17 qızıl medal qazanan Nihad Orucovu tanıyaq

Orucov Nihad Natiq oğlu 2011-ci ildə dünyaya gəlib. Əslən Faxralı kəndindən, Orucovlar nəslindəndir.

Uşaq vaxtlarından idmana marağı olan Nihad 2019-cu ildən “Faxralı İdman Klubu”nda kikboks dərsləri almağa başlamışdır. Onun müəllimi də Faxralının tanınmış məşqçisi Habil Məsimovdur.

“Faxralı İdman Klubu”nu ölkə səviyyəsində müxtəlif yarışlarda təmsil edən Nihad 17 qızıl, 2 gümüş, 3 bürünc medal qazanmışdır. 2019-cu ildən 2023-cü ilə kimi müxtəlif yarışlarda 58 döyüş keçirmiş və 53 döyüşdə qələbə qazanmışdır.

Nihada saytımız adından daha böyük uğurlar arzu edirik!

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur