Faxralı 2 saylı məktəbin “Şərəf” ordenli müəllimi Bayram Abbasov “Bolnisinin fəxri vətəndaşı” adına layiq görülüb

Bu günlərdə bolnislilər “Bolniskalakoba” bayramını qeyd ediblər. Qonaqlar arasında Kvemo-Kartli bölgəsinin qubernatoru, şəhər və rayonların merləri, həmçinin Parlamentin deputatları da var idi. Tibilisidən gələn məşhur musiqi kollektivləri tədbirə gözəl bir rəng qatıb.

Bolnisi bələdiyyəsinin fəxri vətəndaşı statusunun verilməsi mərasimi isə tədbirin axırlarına yaxın baş tutub. Fəxri vətəndaş adı həm Gürcüstan, həm də xarici vətəndaşlara verilə bilər. Milli mənsubiyyətindən, sosial vəziyyətindən, ictimai siyasi baxışlarından və dini etiqatından asılı olmayaraq, ictimai, peşə, elmi, tibbi və ya digər fəaliyyətlərlə məşğul olan yetkinlik yaşına çatmış şəxslər bu fəxri ada layiq görülə bilərlər.

Sevindirici və qururverici haldır ki, fəxri vətəndaş statusunu alanlar arasında Faxralı 2 saylı məktəbin “Şərəf” ordenli müəllimi, məktəbin sabiq direktoru Bayram İsrafil oğlu Abbasov da var. Məhşur cərrah-arturoloq, tibbi elmlər doktoru Elquca Kvinikadze, həkim-pediatr Niara Qoqaladze, Qiorgi Margiani, david Qrdzelişvili, Vaxtanq Silakadze, Aida Nəbizadə, Petri Daneliya, Media Çinçadze də bu fəxri adlara layiq görülmüşlər.

Fəxri vətəndaşlıq diplomlarını və medalları Bolnisi şəhərinin meri David Şerazadaşvili və Parlamantin majoritar deputatı Qoqita Meşveliani təqdim edib.

Biz də onları ürəkdən təbrik edir, möhkəm can sağlığı və vətənimizin inkişafı naminə xidmətlərində uğurlar arzulayırıq!

Mənbə: “Gürcüstan” qəzeti

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur