Faxralı kəndinin azyaşlı idmançısı, Bakı çempionu Bayramov Nurlanı tanıyaq

Faxralı.com saytında uğurları ilə seçilən şəxslərin tanıdılması məqsədilə mütəmadi olaraq məqalələr paylaşacağıq.

Bu dəfəki yazımız Faxralı kəndinin azyaşlı idmançısı, yaşının az olmasına baxmayaraq artıq bir neçə çempionluğu olan Bayramov Nurlan Samir oğlu haqqındadır. O, 04.01.2011 tarixində Bakı şəhərində anadan olmuşdur. Kikboksinq idman növü ilə məşğul olur. Əslən Faxralı kəndinin Alqazaxlar nəslindəndir. Atası Bayramov Samir Tofiq oğlu Nurlanın idman sahəsində nailiyyətlərinin çox olması üçün daim dəstək göstərir. Təsadüfi deyil ki, Nurlanın məşqçisi də Faxralı kəndinin yetirməsi olan Məsimov Habil Alı oğludur.

2018-ci ildə keçirilən Kikboksinq üzrə Bakı çempionatında Nurlanın təmsil etdiyi “Borçalı Fight” klubu turnirin 1-cisi olmuşdur. Komandanın ən kiçik yetirməsi Nurlan bu yarışda medal və diplomla mükafatlandırılmışdır.

Bir neçə gün öncə, 17 mart tarixində Bakıda kecirilən Kikboksinq üzrə yarışda balaca Nurlan bir daha çempion olaraq medal və diplomla təltif olunmuşdur. Nurlan Bayramova gələcək yarışlarda uğurlar arzulayırıq.

Cavanşir Hüseynov
faxrali.com

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur