Bayraq gününə həsr olunmuş yarışda kəndimizin yetirmələri 3 medal qazanıb

Azərbaycan Respublikası Kikboksinq Federasiyası 9 noyabr Bayraq gününə həsr olunmuş yarış keçirmişdir.

Yarışda kəndimizin yetirmələri də fəal iştirak edib və yüksək nailiyyətlər əldə ediblər. Xatırladaq ki, idmançılarımız bundan öncə də müxtəlif nüfuzlu yarışlarda uğur qazanıblar. Faxralı kəndini qürurla təmsil edən idmançılarımızı, ailələrini, məşqçilərini təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzu edirik.

Nəticə əldə edən qəhrəmanlarımızı tanıyaq:

 

Nurlan Samir oğlu Bayramov. 1-ci yer. 

 

Ələddin Rasim oğlu Nəsibov. 2-ci yer.

 

Emil Ayaz oğlu Xəlilov. 3-cü yer.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur