Bilik və bacarığın bəhrəsi – vəzifədə yüksəliş…

Yaşadığımız həyatda bilərək və bilməyərək günah və ya savab qazanırıq…

Hər bir insanın əməl kitabı axirətdə açıq qalır, arxada buraxdığı işlərdən istifadə edənlərdən birilərinin qazancına görə əməl kitabına günah və ya savab əlavə olunur. Ən vacibi də xeyirli övlad yaşadığı müddətdə valideynin əməl kitabına savabları artırır.

Bu övlad timsalında əslən Faxralıdan olan, 04.06.1982-ci ildə Tovuz rayonunda anadan olmuş, hamının yaddaşında ədaləti, vətənpərvərliyi ilə həkk olunmuş mərhum hüquqşünas İsaxan Aşurovun oğlu Kənan Aşurovdur.

Kənan Aşurov cəmiyyətdə, insanların yaddaşında savadı, əxlaqı, qabiliyyəti ilə yaxşı mənada xatırlansa da bu gün sosial şəbəkələrdə İsaxan Aşurovun oğlu kimi təqdim olunur. Bu əslində müsbət təqdimatdır, bir yandan atalar sözü var, ot kökü üstə bitər, bununla Kənanın geniş şəkildə avtobioqrafiyasının verilməsinə ehtiyac qalmır, digər yandan da İsaxan Aşurovu bizim yaddaşımızda yeniləyir, onun üçün bir Fatihə oxumağımızı xatırladır.

Son günlərdə Kənan Aşurov haqqında aldığımız yüksəlişə görə sevindiyimizi, fərəhləndiyimizi diqqətinizə çatdırır, bu sevinc payından sizlərin də nəsiblənməyinizi istərdim.

Fövqəladə Hallar Nazirli, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə həmin nazirliyin əməkdaşı mayor rütbəli Kənan İsaxan oğlu Aşurov yeni vəzifəyə –  Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsinə təyin olunub. Təbii ki, bu yüksəliş Kənan Aşurovun bilik və bacarığı sayəsində əldə etdiyi nəticəyə əsasən olub. Bundan əvvəl Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifsində general-mayor Raul Zeynalov olub. O, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

Kənan Aşurova yeni vəzifəsində uğurlar arzulayır, nailiyyətlərinin davamlı olmağını arzulayıram.

Kənan Aşurovun nailiyyətlərinə bütün Faxralıların, bütöv Borçalıların sevinməsinə şübhəm yoxdur. Çünki Kənan Aşurov nailiyyətləri öz bilik bacarığı ilə əldə etsə də o, vətənpərvər, ədalətli hüquqşünas İsaxan Aşurovun oğludur. Bir vəfa borcu olaraq İsaxan Aşurova Allahdan rəhmət diləyirəm, məkanı Cənnət olsun, qəbri nurla dolsun, ruhu şad olsun, Amin inşallah…

Namiq Babaşlı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur