Bir qrup Faxralı gənci ilə Bolnisi rayonunun millət vəkili arasında görüş keçirilib

Bolnisi bələdiyyəsinin icra nümayəndəsi Novruz Ayvazov və Faxralı kəndində yaşayan bir qrup fəal gənc Bolnisi majoritar millət vəkili Gogi Meshveliani ilə görüşüb.

Görüş zamanı aşağıdakı problemlər millət vəkilinin diqqətinə çatdırılıb:

– Kənddə kitabxanaya ehtiyac olması
– Beton yolun kəndin ortasına qədər çəkilməsi
– İşıqlandırma sisteminin kəndin ortasına qədər çəkilməsi

Gəncləri dinləyən millət vəkili qeyd edilən problemlərin həlli ilə bağlı fikir bildirib. Onun sözlərinə görə Faxralı kəndində kitabxananın açılmağı ilə bağlı layihə artıq mövcuddur və tamamlanmaq üzrədir. Yaxın zamanlarda kitabxananın fəaliyyətə başlaması planlaşdırılır.

Gogi Meshveliani digər problemlərdən məlumatlı olduğunu, hətta bunun üçün kənddə sorğu aparıldığını bildirib.

“Mən bir deputat olaraq hamıdan çox istəyirəm ki, fəaliyyət göstərdiyim ərzazidəki bütün problemlərin həllinə köməklik göstərim. Lakin hal-hazırda ayırılmış büdcənin məhdud olduğunu nəzərə alaraq işlərin bir qismini edə bilirik. Beton yolun davamının çəkilməsi və ya su çəkilişlərinin davam etdirilməyi barədə əhali arasında sorğu aparmışıq. Daha çox su probleminin olduğunu nəzərə alaraq su çəkilişlərini davam etdiririk. Amma buna baxmayaraq yolun da çəkilişi planlaşdırılır.” – millət vəkili qeyd edib.

Daha sonra millət vəkili gəcələcək planlardan da söhbət açıb.

“Rayon ərzasində avtobus marşrut xətti istifadəyə veriləcək. Gediş haqqı indikindən çox ucuz olacaq. Başlanğıc mərhələdə gündə 3 dəfə hərəkətin təşkili təmin olunacaq. Rayon ərazisində böyük uşaq bağçasının tikilməyi də planlaşdırılır. Bu bağçanın fəaliyyətindən Faxralı, İmirhəsən, Saraclı, Qoşakilsə və digər kəndlərin əhalisi yararlana biləcək”.

Görüşdən sonra millət vəkili öz səhifəsində paylaşım edərək təəssüratlarını izləyiciləri ilə bölüşüb:

“Bu gün Faxralı gəncləri ilə dostcasına bir görüş baş tutdu. Ölkədə görülən işlər və gələcəkdəki planlarımız barədə danışdıq. Mən şadam ki, belə maraqlı və motivasiyalı gənclərimiz var, hansı ki, öz kəndlərinin və ölkələrinin inkişafında yer tutmağı arzulayırlar”.

Mustafa Amaşov,
Faxralı.com, 23.08.2020

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur