Bolnisi şəhərinin meri, Davit Şerazadaşvili və Bolnisinin majoritar deputatı Gogi Meşveliani Faxralı kənd əhalisi ilə görüşərək onların problemlərini dinləyiblər.
Cmedia xəbər verir ki, Bolnisi şəhər meri Davit Şerazadaşvili, Bolnisinin majoritar deputatı Googi Meşveliani və Faxralı kənd deputatı Dostu Aşırov ilə birlikdə, əhali ilə görüşərək həm görüləcək işlərdən danışıb həm də daha hansı işləri görmələrini istədiklərini əhalidən soruşub və onların problemlərini dinləyib. Yerli əhalinin dediklərinə görə, kənddə əsas prolem içməli suyun olmaması və yol infrastrukturasının bərbad vəziyyətdə olmasıdır. Görüşdə, Davit Şerazadaşvili, içməli su probleminin həlli ilə bağlı Gürcüstanıın su təchizatı şirkəti ilə birlikdə müzakirələr apardıqlarını və bu səpkidə aktiv işlədiklərini dedi. Yol probleminin isə bu il kəndin daxili yollarının 1000 metr uzunluğunda beton asfaltla təmin olunaraq aradan qaldırılacağını bildirdilər.