Bu gün “Liberty Bank”-ın səyyar avtomobili əhaliyə təqaüdlərin verilməsi üçün Faxralı kəndində olub.
Bolnisi rayonunun majoritar deputatı Qoqi Meşveliani də vəziyyətlə yaxından tanış olmaq üçün kəndə gəlib. Təqaüdçülərin axınını və sosial məsafəni təmin etmək üçün hüquq mühafizə orqanlarının əməkdaşları da bu prosesə cəlb olunub. Müəyyən edilmiş normalara uyğun olaraq vəsaitlər paylanılıb.
Mustafa Amaşov, Faxralı.com
06.04.2020