Qurbanov Çingiz Hümbət oğlu “Azərpoçt” MMC-nin İdarə Heyətinə üzv təyin edilib.
O, 1986-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Əslən Faxralı kəndindəndir.
2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit fakültəsi üzrə bakalavr və magistr təhsili almışdır.
2010-cu ildən başlayaraq müxtəlif şirkətlərdə mühasib, baş mühasib və maliyyə direktoru vəzifələrində çalışmışdır.
2023-cü ilin dekabr ayında “Azərpoçt” MMC-nin Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
2024-cü ilin sentyabr ayından etibarən “Azərpoçt” MMC-də İdarə Heyətinin üzvüdür.
Saytımız adından Çingiz Qurbanova karyerasında uğurlar arzu edirik!