Faxralı kəndinin yetirmələri Ələddin Nəsibov və Nurlan Bayramov kikboksinq üzrə ölkə çempionu olublar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən 2 fevral Gənclər Gününə həsr olunmuş kikboksinq üzrə Respublika çempionatı keçirilmişdir.

Faxralı kəndinin yetirmələri Ələddin Nəsibov və Nurlan Bayramov bütün rəqiblərinə qalib gələrək 1-ci yerə sahib olublar.

Həmin yarışda Ələddin Nəsibov kəmər döyüşünün qalibi olmuşdur. Nurlan Bayramov da diplom və medalla mükafatlandırılıb.

Qeyd edək ki, hər iki idmançı Habil Məsimovun tələbəsidir və bir neçə dəfə müxtəlif mötəbər yarışlarda birinclik qazanıblar. Fəxr edirik qəhrəmanlarımızla. Uğurlarının davamını arzu edirik!

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur