Elxan Məmmədlinin 75 yaşı tamam olub

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Aşıq Yaradıcılığı şöbəsinin müdiri, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru (filologiya elmləri namizədi) Elxan Hüseynqulu oğlu Məmmədlinin 75 yaşı tamam oldu.

Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, 1976-1979-cu illərdə Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləmişdir.

1979-cu ildə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.

1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan Elxan Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür.

1997-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və filolodiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1999-cu ildən AMEA-nın Folklor İnstitutunda “Aşıq yaradıcılığı” şöbəsinin müdiridir.

1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olmuşdur.

O, 2 monoqrafiya, topladığı folklor materialları əsasında 20-ə yaxın kitab, 60-dan çox elmi məqalə nəşr etdirmiş, 50-ə yaxın kitabın redaktoru, ön sözünün müəllifi və rəyçisi olmuşdur.

Bakıda və Təbriz şəhərlərində şeir kitabı, özü haqqında isə iki kitab nəşr olunmuşdur.

2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.  Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Azərbaycan folklorşünaslığının inkişafında, aşıq və xalq yaradıcılığının araşdırılmasında əvəzsiz xidmətləri olan Elxan Məmmədliyə, sözün əsl mənasında, aşıq yaradıcılığının gəzən ensiklopediyası desək, yanılmarıq. Yorulmaz, əzmkar alimin özünün yaradıcılığının araşdırılması, aşıq və xalq yaradıcılığı haqqında məlumatları dəvət olunduğu verilişlərdə xırdalayaraq, xalqa sevdirərək əməyindən zövq alıb. Elxan müəllimin uzaqgörənliyi sayəsində bir çox aşıqların səsi lentə yazılaraq arxivləşdirilib. Bu gün dövrünün sevilən ustadlarından olmuş, dünyasını dəyişən aşıqların səsini dinlədikdə ustadlara rəhmət oxuduğumuz zaman Elxan müəllimə də təşəkkür və can sağlığı arzulamaq mənəvi borcumuzdur. Ustad aşıqların səsinin lentə yazılması ilə bərabər onların yaradıcılığının araşdırılıb gələcək nəslə dəqiq məlumatların çatdırılması da Elxan Məmmədlinin əməyinin məhsuludur. Aşıqlar Birliyi tədbirlərdə Elxan muəllimin dəyərli əmək məhsulundan, zəngin xəzinəsindən istifadə edir.

Elxan Məmmədlinin Yubileyinin qeyd olunmasında, dua və arzularla ona uzun, sağlam ömür arzulayanlar sırasında ailəsi, qohumları, eloğluları ilə bərabər millət vəkillərinin, akademiklərin, rektorların, professorların, ziyalıların, ictimai birliklərin də payı var.

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komissiyası Elxan Məmmədlini yubiley münasibəti ilə təbrik edib, qiymətli hədiyyə ilə mükafatlandırmışdı.

İctimai birliklərdən “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyəti, üzvləri Elxan Məmmədlinin Azərbaycan folklorşünaslığının inkişafındakı, xalqın zəngin mədəniyyətinin cəmiyyətdə aydınlatması istiqamətindəki əməyini dəyərləndirərək alqışlayırlar. Elxan müəllim İctimai Birliyin üzvüdür, tədbirlərində yaxından iştirak edir.

Sadaxlı Eli İctimai Birliyinin İdarə Heyəti Elxan Məmmədlini xalqımızın yaddaşında aşıq havalarının, dastanlarının bilicisi kimi qalacağını ifadə edərək ona “Divani”li, “Misri”li, “Şikəstə”li, “Müxəmməs”li yollarda Ozan və saz ömrü arzulayır, müqəddəs ellərimizin El-Xan oğlu adlandırır.

“Qazax” Xeyriyyə İctimai Birliyinin illik fəaliyyət planında Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlini 75 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulsa da mövcud vəziyyətlə əlaqədar olaraq təxirə salınmışdır. Gələcək aylarda bu tədbirin həyata keçirilməsi nəzərə tutulur.

Elxan müəllimi sevənlər sırasında Cənubi Azərbaycanlılar da az deyil. Türkiyənin də Elxansevənləri Elxan müəllimin sevinc payını bölüşür. O dəfələrlə Türkiyənin Qars şəhərində keçirilən Beynəlxalq Aşıqlar Festivalında münsiflər heyətinin üzvü kimi festivalın təşkilat komitəsi tərəfindən rəsmi dəvət olunub.

FAXRALILAR olaraq Elxan müəllimin 75 Yubiley yaşını təbrik edirik, mənəvi, mənalı, sağlam, bərəkətli ömür arzulayırıq, ömrünün hər günü bir öncəkindən daha mənalı, daha sağlam olsun, yaradıcılıq işlərində uğurlar arzulayırıq.

Yaradıcılığı, vətənpərvərliyi, yüksək zəka və ziyası ilə qəlblərdə taxt qurmuş Elxan Məmmədli parlayıb ətrafa saçan yaradıcılıq nailiyyətləri ilə FAXRALILARın qürur mənbəyidir.

Ömür və yaradıcılıq yolun işıqlı olsun hörmətli Elxan müəllim!

Faxralılar, Borçalılar,

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyəti adınadan

  1. Professor İlham Pirməmmədov
  2. Akademik Teymur Bünyadov
  3. Xalq şairi Nəriman Həsənzadə
  4. Millət vəkili akademik Nizami Cəfərov
  5. Millət vəkili professor Səməd Seyidov
  6. Ülviyyə Ağayeva
  7. Akademik Şahin Mustafayev
  8. Akademik Məhəmməd Babanlı
  9. Akademik Bilal Bilalov
  10. Əməkdar incəsənət xadimi Vidadi Babanlı
  11. DNS Universitetinin rektoru professor Mustafa Babanlı
  12. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev
  13. “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev
  14. Həsrət Pirməmmədov
  15. Binnət Həsənov
  16. Professor Valeh Nəsibli
  17. Professor Məhəbbət Dəmirçiyeva
  18. Əməkdar mühəndis Qasım Abdullayev
  19. Əməkdar məşqçi Firdovsi Umudov
  20. Əməkdar jurnalist Varis Yolçuyev
  21. Namiq İsmayılov
  22. Şahin Şıxlinski
  23. Professor Məqsəd Qocamanov
  24. Puşkin Əhmədov
  25. Ramiz Göyüşov
  26. Arzuman Abdulkərimov
  27. Professor Rüstəm Kamal
  28. Kamal Axundov
  29. Rövşən Babanlı
  30. Məmməd Nəsibov
  31. Elçin Şıxlınski
  32. Fikrət Hacıyev
  33. Elçin Carçıyev
  34. Əli Rəhimov
  35. Fərman Qəhrəmanov
  36. Mədət Səttarov
  37. Rəssam Nəvai Metin
  38. Rəssam Qafar Sarıvəlli
  39. Raliz Qaravəliyev
  40. Sultanxanım Nəsibova
  41. Məlahət Qurbanova
  42. Dosent Dürdanə Vəkilova
  43. Dosent Natavan Dəmirçioğlu
  44. Dosent Məti Osmanoğlu
  45. Dosent Yusif Alıyev
  46. Rafail İncəyurd
  47. Yusif Rəhimov
  48. Fərid Bayramlı
  49. Allahverən Dəmirov
  50. Şair İbrahim İlyaslı
  51. Səbinə Yusif
  52. Ələddin Qarayev

 və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlini 75 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və yaradıcılıq işlərində uğurlar arzu edirik.

Namiq Babaşlı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur