Əslən Faxralıdan olan bədii gimnast Güllüzar Şərifova Tbilisidə qızıl medal qazanıb

Noyabrın 19-20-də Gürcüstanın Tbilisi şəhərində keçirilən “II New Look Cup” beynəlxalq turnirində “Ocaq Sport” klubunun bədii gimnastları 11 qızıl, 9 gümüş, 5 bürünc medal qazanıblar.

Əslən Faxralıdan olan Güllüzar Şərifova Səməd qızı 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq Azərbaycanı beynəlxalq yarışda uğurla təmsil edib.

Balaca Güllüzar bu günlərdə Bakıda keçirilən yarışda da birincilik qazanıb.

O, ötən il Meksikada və Bolqarıstanda keçirilən beynəlxalq yarışların da qalibi olmuşdur.

Qeyd edək ki, Güllüzar Şərifova Faxralı kəndinin Şərifovlar (Əhməd evi) nəslindən olan Səyyad Şərifovun nəvəsidir.

Güllüzarı təbrik edir, növbəti yarışlarda daha yüksək nailiyyətlər əldə etməyi arzu edirik.

 

Mənbə: Report.az

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur