Həmyerlimiz Etimad Bayram oğlu Eyvazlının Türkiyədə yeni kitabları nəşr olunub

Faxralı kökənli olan və hal-hazırda Türkiyədə yaşayıb işləyən, Karabük Ünivetsitetinin Professor Doktoru Etimad Bayram oğlu Eyvazlı yeni elmi yaradıcılıqlarla uğurlara imza atıb. Belə ki, 2019-cu ildə Türkiyənin ən böyük çap evinin 2-ci nəşri ilə Mexanika nəzəriyyəsi sahəsində onun “Teorik Mekanik Statik”, “Teorik Mekanik Dinamik”, “Teorik Mekanik Kinematik” adlı 3 ədəd kitabları böyük tirajla çap olunub və satışa çıxarılıb.

Kitabların hər biri 250-270 səhifə həcmindədir. Türk oxucuları üçün bu kitablar çox böyük dəyərlidir və bu haqda onların etirafları da var.

Kitabların özəlliyi barədə saytımızın əməkdaşının suallarına Etimad müəllim belə cavab verib: “Bu kitablar fərqlidir. Elm hər yerdə elmdir. Mövzuları anlatmaq və ortaya qoymaq baxış açısından mənim kitablarım bir az fərqlidir. Bu kitabları gələcək nəsil üçün yazmışam”.

Azərbaycanda bu kitabların öz doğma dilimizə tərcümə olunaraq çap olunması sualına isə Etimad müəllim cavab olaraq qeyd edib ki, “Bu barədə təkliflər almışam. İnşallah yaxın zamanlarda Azərbaycan oxucuları da öz dilimizdə bu kitablarla tanış olacaqlar”.

Faxrali.com, 01.05.2020

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur