Xalqımızın ulu və qədim bayramı olan Novruz bu il də Faxralıda geniş və təntənəli şəkildə qeyd olunub. Farxalı.com saytının məlumatına görə, hər il olduğu kimi ənənəvi tədbirlər planı çərçivəsində iki gün öncə futbol yarışı, bu gün isə cıdır təşkil olunub.
Kənd Sovetinin sədri Novruz Ayvazovun və Bolnisi Bələdiyyəsinin Faxralı üzrə nümayəndəsi Dostu Aşırovun təşkilatçılığı ilə keçirilən tədbirlərə kənd əhalisi böyük maraq göstərib.
El ağsaqqalı, iqtisadçı alim Əmirxan Babaşovun və Bolnisi Sakrebulosunun sədrinin də iştirak etdiyi cıdır mərasimində ilk üç yeri tutan iştirakçılara qiymətli hədiyyələr və pul mükafatları verilib.