Faxralı futbol komandası 2-ci dəfə Borçalı çempionu oldu

Faxralı.com saytının verdiyi məlumata görə, 29.03.2019 tarixində Borçalı Mini Futbol Çempionatının final oyunu keçirilib. Faxralı və Kirov komandaları arasında keçirilən oyun maraqlı məqamlar və geniş tamaşaçı auditoriyası ilə yadda qalıb. Yüksək əhval-ruhiyyə ilə meydana çıxan Faxralı komandası 8-1 hesabı ilə inamlı qələbə qazanaraq kubokun sahibi olub.

Qeyd edək ki, Faxralı komandasının sponsoru “ERA Electronics” mağazalar şəbəkəsidir.

Komandamızın bütün üzvlərini və azarkeşləri təbrik edirik!

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur