Faxralı futbol komandası finala yüksəldi

Dünən Faxralı futbol komandası Borçalı Mini Futbol Çempionatının yarımfinal mərhələsində Ormeşən komandası ilə qarşılaşıb. Komandamız ağır keçən oyunun nəticəsində 6:5 hesabı ilə qələbə qazanıb və final mərhələsinə yüksəlib.

Azarkeş dəstəyində rəqibdən geri qalan Faxralı futbol komandası oyuna yaxşı başlasa da hesabda geri düşmüş və son dəqiqədə vurulan 2 qolla qələbə qazanmışdır.

Komandamızın qurucusu və təşkilatçısı Nemət Həsənov Faxralı Futbol Komandasının rəsmi Facebook səhifəsində qeyd etmişdir:

“Oyundu, udmaq da olar, uduzmaq da. Amma bugünki oyunda azarkeş dəstəyini yanımızda hiss etmək istəyirdik. Yanlış anlamayın. Oyuna gələn azarkeşlərimiz həmişə bizim üçün əzizdi, dəyərlidilər. Amma bəzən bu da yetmir. Oyunboyu rəqibin azarkeşlərinin səsi stadionu başına götürmüşdü, hətta yayım zamanı səsimiz eşidilmirdi”.

Xatırladaq ki, Faxralı komandası son 2 çempionatın qalibi olmuşdur. Gəlin final oyununda komandamıza dəstək olaq, 3-cü dəfə kubokun sahibi olaq!

Cavanşir Hüseynov, Faxralı.com
22 dekabr 2019

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur