Gürcüstan parlamentinin üzvü Gogi Meşveliani öz şəxsi Facebook səhifəsində Faxralı kəndi ilə bağlı paylaşım edib:
“Biz həmişə investisiya cəlb etmək və cəmiyyətin inkişafına töhfə vermək istəyən insanları dəstəkləməyə hazırıq. Bu gün xaricdə yaşayan bir iş adamının köməyi ilə kənd üçün əhəmiyyətli bir layihə həyata keçirmək istəyən, Faxralı kəndindən olan bir gənc Xəyal Hüseynovla tanış olduq. Əlbətdə ki, dəstəyimizi ifadə etmək üçün əlimizdən gələni edəcəyik.”.
Xəyal Hüseynovla əlaqə saxlayıb ətraflı məlumat almağa çalışdıq. O, hələ bu barədə məlumat vermək üçün çox tez olduğunu bildirdi.
Faxralı.com redaksiyası