Güclü külək və dolu Bolnisi rayonunun bir neçə kəndində problemlər yaradıb.
Faxralı.com saytı 24News.ge saytına istinadən xəbər verir ki, rayonun icra başçısının birinci müavini Buba Qobecişvili və İnfrastruktur departamentinin rəhbəri Konstantin Kordzadze ilə birgə Xatisopeli, Saraçlı və Faxralı kəndlərində yaranan vəziyyətlə tanış olublar.
Təbii fəlakət Xatisopeli və Faxralı kəndlərindəki yaşayış evlərinin dam örtüklərinə, Mamxuti kəndində isə əkin sahələrinə ciddi ziyan vurub.
Hazırda güclü külək və dolunun kənd sakinlərinə vurduğu ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın rəyindən sonra əhaliyə müvafiq yardım göstəriləcək.