Faxralımız Borçalı çempionatında yarımfinalda

Borçalı kəndləri arasında futbol çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib. Faxralı.com saytı xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.

İlk olaraq meydana Orzuman və Qoşakilsə komandaları çıxıblar. Görüş “dağlılar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda Kirov və Qaraçöp kollektivləri üz-üzə gəliblər. Birincilər 3:2 hesablı qələbəyə seviniblər.

Qızılkilsə – Gəyliyən qarşılaşmasında azarkeşlər 8 qola şahidlik ediblər. Qızılkilsə 6:2 hesablı qələbə ilə yarımfinala adlayıb.

Mərhələnin ən maraqlı oyunu isə doğma Faxralımızla Dəmirli arasında olub. Əsas vaxtı 2:2 hesablı bərabərliklə bitən oyunda penalti zərbələrində daha dəqiq olan Faxralımız qələbə qazanıb.

Yarımfinalda kəndimizin rəqibi Orzuman kollektivi olacaq.

Qızılkilsə isə Kirovla üz-üzə gələcək.

Zaur Xudiyev,
www.faxrali.com

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur