Faxralıya yağan dolu xeyli ev və təsərrüfata ciddi ziyan vurub

11.07.2019-cu il tarixində, axşam saatlarında Faxralı kəndində və ətraf kəndlərdə güclü küləklə müşahidə olunan leysan yağış və dolu ciddi ziyan vurub.

Yağan güclü dolu nəticəsində evlərin dam örtükləri, əkin sahələri və eləcə də bir sıra avtomobillər ziyan görüb. Həmçinin əsən güclü külək nəticəsində bir neçə ağac qırılaraq yerə düşüb, elektirik naqilləri sıradan çıxıb. Daha sonra güclü sel axını baş verib.

Qeyd edək ki, bu təbiət hadisəsi son 2 ayda 2-ci dəfə təkrarlanmış və kənd əhalisinə ciddi maddi ziyan vurmuşdur.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur