Gogi Meşveliani seçki kampaniyası üçün Faxralı kəndində qapı-qapı gəzərək görüş keçirib

Gürcüstan parlamentinin üzvü Gogi Meşveliani Faxralı kəndində “Gürcü Arzusu”-nun gənclər təşkilatının nümayəndələri ilə qapı-qapı gəzərək görüş keçirib.

“Gənclər partiyamızın seçki kampaniyasında fəal iştirak edirlər və onlardan aldığım güclü dəstək mənim üçün ikiqat vacibdir. Çünki həmişə gəncləri dəstəkləmişik və bu gün də onların dəstəyinin böyük mənəvi və emosional yükü var.” – Bolnisi, Dmanisi, Tetricğaro və Calkanın “Gürcü Arzusundan” majoritar deputatlığa namizədi Gogi Meşveliani qeyd edib.

Mustafa Amaşov, Faxrali.com
24.10.2020

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur