GAK 20 Yanvar Şəhidi İlqar Əhmədovun Faxralı kənd qəbirstanlığındakı məzarını ziyarət etdi

Gürcüstan Azərbaycanlıları Konqresi 20 Yanvar Şəhidi İlqar Əhmədovun Faxralı kənd qəbirstanlığındakı məzarını ziyarət etdi. Anım mərasimində Şəhidimizin ailə üzvləri, kəndin ziyalılarından Cümşüd Gülməmmədov, Sayad Allahverdiyev, GAK – ın Faxralı kəndi üzrə nümayəndəsi Alı Xuduyev, Fatimə Aslanqızı, Hacı xanım Validə Xəlilova, 1 nömrəli məktəbin şagirdləri,GAK nümayəndələri iştirak etdilər.Anım mərasimində mərhumun ruhuna dualar oxundu, Faxralı ziyalıları İlqar Əhmədovla bağlı xatirələrini danışdılar, şagirdlər şəhidə həsr olunmuş şeirlər oxudular. GAK – ın nümayəndələri şəhidin məzarının üzərinə əklil qoydular. Anım mərasimi şəhidin doğulduğu evin ziyarətilə tamamlandı.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur