Gürcüstan üzrə keçirilən turnirdə Faxralını təmsil edən 6 idmançı 1-ci yerin sahibi olub

27 iyun 2021-ci il tarixində Gürcüstan Respublikasın Rustavi şəhərində kikboksinq üzrə turnir keçirilmişdir.

Turnirdə Gürcüstanın müxtəlif bölgələrindən, o cümlədən  Faxralı kəndindən 12 nəfər gənc idmançı iştirak etmişdir.

İştirakçılardan 6 nəfər yarışda bütün rəqiblərinə qalib gələrək 1-ci yerə, digər 6 nəfər isə 2-ci yerə sahib olmuşdur. Bütün qaliblər mükafatlandırılmışdır.

Turnirin qalibi olan gənclər:

  • Çingiz Abduyev
  • Rəhim Bədəlov
  • Kənan Bayramov
  • Murad Vəlixanov
  • Eşqin Haqverdiyev
  • Namaz Göyüşov

Qeyd edək ki, Faxralı kəndindən iştirak edən bütün idmançılar Həmid Həsənovun yetirmələridirlər.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur