Əslən Faxralı kəndindən olan, hal-hazırda Rusiyanın Moskva şəhərində yaşayan və sosial şəbəkələrdə şeirlərinə həsr olunmuş çoxlu video çarxlara rast gəldiyimiz İlham Borçalı (İlham Tahir oğlu Abbasov) daha bir mükafata layiq görülmüşdür.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (Azər.KİVİHİ) Rəyasət Heyətinin qərarı ilə o, “Qızıl Qələm” Media Mükafatı Laureatı adına layiq görülmüşdür.
Qeyd edək ki, İlham Borçalı həm də, aparılmış sorğular əsasında “İlin vətənpərvər şairi” mükafatına layiq görülən şairlərdən biri olmuşdur.
Şairi təbrik edir, daha böyük müvəffəqiyyətlər arzulayırıq. Onun haqqında daha ətrafı məlumatla buradan tanış ola bilərsiniz.